Məhəbbətin boş kasaları


ÜNSİYYƏT QURMAĞI ÖYRƏNİRİK



Yüklə 156,31 Kb.
səhifə15/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   61
ÜNSİYYƏT QURMAĞI ÖYRƏNİRİK

Ünsiyyət təkcə dinləmək deyil, həm də başqasına ürəyini açmaq tələb edir. Bir qadın mənə belə deyirdi: «Mən elə istəyirəm ki, həyat yoldaşım mənimlə dərdini bölüşsün. Heç vaxt onun nə fikirləşdiyini, nə hiss etdiyini bilmirəm». Bu qadın öz ərinə yaxın olmaq istəyirdi. Lakin tanımadığın bir insana yaxın olmaq mümkündürmü? Qadının ərinin sevgisini hiss etməsi üçün kişinin ona qarşı səmimi olması vacibdir. Əgər qadının doğma məhəbbət dili vaxt, dialekti isə ünsiyyətdirsə, onda həyat yoldaşı onunla öz fikir və hisslərini bölüşmədikcə, onun sevgi kasası boş qalacaq.



Ünsiyyət qurmağı öyrənmək üçün gün

Ərzində yaşadığınız emosiyaları qeyd edin.

Öz hissləri barədə danışmağı hər kəs bacarmır. Bir çox ailələrdə bu dəstəklənmir, hətta mühakimə olunur. Uşaq yeni oyuncaq istəyir və bu zaman ailənin yoxsul maddi durumu barədə mühazirə eşidir. O, elə başa düşür ki, təqsirkardır, buna görə də getdikcə istəklərini ürəyində saxlamağı öyrənir. Uşaq hirslənəndə, valideynləri onu danlayır. Onda uşaq elə başa düşür ki, narazılıq etmək olmaz. Ata övladını özü ilə mağazaya aparmadığı üçün o, məyus olur. Bu zaman valideynlər məzəmmət etməyə başlayır, o isə kədərini içinə salır. Beləliklə, o, böyüyəndə nəinki hisslərini gizlətməyə, hətta onlara əhəmiyyət verməməyə öyrəşir.

Məsələn, qadın soruşur: «Sən Donun hərəkətini necə qəbul etdin?» Ər də cavab verir: «Düşünürəm ki, o, düz eləmədi. Yaxşı olardı ki, o...» Lakin o, hisslərini deyil, fikirlərini söyləyir. Bəlkə də, o, Donun hərəkətindən inciyib, yaxud hirslənib, ya da məyus olub. Amma o, hisslərini ifadə etmədiyi bir aləmdə uzun illər yaşadığına görə emosiyalarını göstərə bilmir. Buna görə də «ünsiyyət» dialekti onun üçün xarici dil kimidir. Başlanğıc üçün o, uzun müddət inkar etdiyi emosiyalarını və nə hiss etdiyini dərk etməyi öyrənməlidir.

Ünsiyyət qurmağı öyrənmək üçün gün ərzində yaşadığınız emosiyaları qeyd edin. Qeyd kitabçanızı həmişə yanınızda götürün. Gündə üç dəfə özünüzdən soruşun: «Son üç saatda mən hansı hissləri yaşamışam? İşə gedərkən yolda arxamca quyruq kimi gələn sürücünü görəndə, benzindoldurma məntəqəsində benzin yöndəmsiz vurulanda, katibəm məndən sonra işə gələndə, müdir üzərində işlədiyim layihənin üç gün ərzində başa çatdırılmalı olduğunu deyəndə, mən isə ehtiyatda hələ iki həftənin olduğunu düşünəndə, nə hiss keçirmişəm?

Yaşadıqlarınızı yazın və hisslərinizin hansı hadisəyə aid olduğunu müəyyən edin. Sizdə təxminən aşağıda sadalanalar olmalıdır:



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin