Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə24/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   61
İNSAN, YOXSA ƏSKİ?

«İyirmi il mən onun xidmətçisi olmuşam. Onun nazı ilə oynamışam. O məni məsxərəyə qoyub alçaldırdı. Nə hisslər keçirtdiyim onun vecinə deyildi. O mənimlə döşəmə əskisi kimi davranırdı. Daxilimdə artıq nə nifrət, nə də qəzəb qalmışdı. Mən sadəcə ondan canımı qurtarmaq istəyirdim». Bu qadın ərinə kömək etməyə çalışırdı, ancaq bunu məhəbbətə görə etmirdi. Qadın ərindən qorxduğu üçün ona tabe olurdu.

Əski — canlı deyil. Əski ilə yumşaq davranmamaq da olar. Sadəcə ayaqqabını təmizləyib küncə atırsan. Onun ixtiyarı yoxdur. O, sizə yalnız xidmət edə bilər, amma sevə bilməz. Əgər həyat yoldaşınıza bir əşya kimi baxırsınızsa, onda məhəbbəti öldürürsünüz. Heç vaxt təqsirkar hisslərlə manipulyasiya etmək olmaz: «Əgər sən məni sevsəydin, bunu edərdin», hədə-qorxu gəlmək olmaz: «Bunu etməsən, peşman olarsan». Bu, məhəbbət deyil. İnsanla əski kimi davranmaq düzgün deyil. Biz ağıl və iradəyə malikik. Biz hiss edir, düşünür və qərar qəbul etmək iqtidarındayıq. Əgər həyat yoldaşınız sizdən istifadə edib sizi heçə sayırsa, siz isə buna dözürsünüzsə, onda onu sevmirsiniz. Çünki sizin “köməyiniz sayəsində” o, getdikcə sərtləşir. Sevən şəxs belə deyir: «İcazə vermərəm ki, mənimlə belə davransınlar. Bu, hər ikimiz üçün pisdir».


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin