Məhəbbətin boş kasaları


FƏSİL 12 SEVƏ BİLMƏDİYİMİZ



Yüklə 156,31 Kb.
səhifə34/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

FƏSİL 12

SEVƏ BİLMƏDİYİMİZ

İNSANI SEVMƏK


Gözəl bir sentyabr günü idi. Biz əsrarəngiz güllərə və ağaclara tamaşa edərək arvadımla Reynolds parkında gəzişirdik. Biz qızılgül bağçasından çıxanda, Ennini gördüm. Mən onunla bu yaxınlarda tanış olmuşdum. O, kömək üçün mənə müraciət etmişdi. Enn başını aşağı salıb bizə tərəf gəlirdi. Onu səsləyəndə, o səksəndi, sonra məni görüb gülümsədi. Mən onu Kerolaynla tanış etdim. Onlar bir-biri ilə nəzakətlə görüşdülər. Birdən Enn soruşdu: «Necə düşünürsünüz, nifrət etdiyiniz insanı sevmək mümkündürmü?»

Bu acı sual düşünülmüş cavab tələb edirdi. Bir həftə sonra mənim Eni ilə görüşüm var idi. Mən təklif etdim ki, bu barədə başqa vaxt danışaq. Mənə dərindən düşünmək lazım idi. O razılaşdı və biz sağollaşdıq. Amma mən artıq başqa heç nə barədə düşünə bilmirdim. Yolboyu Kerolaynla bu barədə danışdım. Bir vaxtlar biz də belə hadisə ilə üzləşmişdik. Biz düşmənçilik edir, bir-birimizə yara vurmağa çalışırdıq. Yara qəzəb doğururdu, aramızda nifrət yaranırdı. Bu vaxt münasibətlərimizi nə xilas etdi? Biz hər ikimiz də anladıq ki, artıq dayanmalıyıq. Yoxsa öz əllərimizlə ailəmizi dağıdacağıq. Ancaq biz məhəbbəti seçdik. Başlanğıcda çətin idi, lakin bir ildən sonra razılığa gəlməyə müvəffəq olduq. Biz tələb etməyi deyil, xahiş etməyi öyrəndik. Bir-birimizlə hansı dildə rəftar etməyi öyrəndik. Bir-birimizi sevməsək də, məhəbbəti seçdik. Ümumi dili tapanda, qəzəb və nifrət qeyb oldu.

Ancaq yenə də, bizim üçün daha asan idi. Çünki ikimiz də münasibətləri bərpa etməyə və dəyişilməyə çalışırdıq. Amma Ennin əri buna hazır deyildi. Enn ərinə yalvarırdı ki, o mənimlə görüşsün. Enn ərindən nikah haqqında kitab oxumağı xahiş etdi. Lakin o, bu barədə eşitmək belə istəmirdi. «Məndə hər şey qaydasındadır. Problem səndədir». O, hər şeyə adi baxırdı: mən həmişə haqlıyam. Arvadını alçalda-alçalda ondakı məhəbbət hissini öldürdü. Onlar on il idi ki, ailə qurmuşdular. Enninin isə artıq gücü qalmamışdı. Hansısa bir ümid var idimi? Enn yenidən belə bir insanı sevə bilərdimi? Sevə bilsə də, əri onun sevgisinə cavab verəcəkdimi?

Bilirdim ki, Enn məsihçidir. Yəqin ki, yalnız iman bu nikahı xilas edə bilərdi. Cavab tapmaq üçün mən Lukanın müjdəsini oxudum. Bu, mənim sevimli müjdəmdir. Luka həkim idi. O, heç bir xırdalığı buraxmadan Məsihin həyatı və təlimini təfsilatı ilə təsvir etmişdi. Mən belə sözlərə rast gəldim. Adətən, onları məhəbbət qanunu adlandırırlar:

Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin... İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər.

Anladım ki, iki min il bundan əvvəlki məhəbbətə çağırış, məhz mənim axtardığım cavabdır. Amma Enn bunun öhdəsindən gələ bilərmi? Düşməninizə çevrilmiş həyat yoldaşınızı sevmək mümkündürmü? Sizə nifrət edən, sizi lənətləyən və incidənləri sevmək olarmı? Əgər mümkündürsə, əvəzində o nə alacaq? Məgər onun əri bundan sonra sevən və qayğıkeş olacaq? Mən oxumağa davam etdim və İsa Məsihin sözləri məni sarsıtdı: «Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

Münasibətlər son dərəcəyə çatanda, bu qədim qanun kömək edə bilərmi? Görəsən, təcrübədən keçirilsə, nə baş verər? Enn ərinin doğma məhəbbət dilini öyrənib, onuna o dildə danışsa, nə olacaq? Bəlkə ərinin məhəbbətə olan ehtiyacı ödənsə, o da arvadına qarşılıqlı cavab vermək istəyəcək?

Mən Enni ilə görüşdüm. Keçən dəfəki kimi, o, yenə də ərindən şikayətlənirdi. Əri onunla pis rəftar edirdi. Enn dayanmadan təkrarlayırdı: «Mən onu yenidən sevə bilmərəm».

— Siz dostlarınızla məsləhətləşdiniz? — deyə mən soruşdum.

— Bəli. Ən yaxın dostlarımla.

— Bəs onlar nə dedilər?

— Hamı deyir ki: «Boşan! Ona niyə dözürsən? O, düzələn deyil». Görünür, onlar haqlıdırlar. Amma daxilim mənə qarşı çıxdığı halda, necə boşana bilərəm?

— Mən sizi yaxşı anlayıram. Siz Allaha iman edirsiniz, ona görə boşanma sizin üçün günahdır. Ancaq gücünüz də qalmayıb. Sizə elə gəlir ki, boşanma yeganə çıxış yoludur. Nə qərar verəcəyinizi də bilmirsiniz.

— Bəli, düz vurğulayırsınız. Bəs mən nə edim?




Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin