Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə47/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Sözlərin qüdrəti barədə danışın. Millətlərin taleyini müəyyən edən tarixdəki sözlərdən nümunə gətirin. Sözlər bizə həm kömək edə, həm də mane ola bilər. Onların köməyilə öz mənliyimizi araşdıra bilərik. Sizcə, necə?

Fəsil 5

MƏHƏBBƏTİN İKİNCİ DİLİ: VAXT AYIRMAQ

ƏSAS FİKİR

Biz bir yerdə vaxt keçirəndə, söhbət edəndə, diqqətlə bir-birimizə qulaq asanda, nə iləsə məşğul olanda, onda həyat yoldaşımıza göstəririk ki, ona qarşı laqeyd deyilik və onunla olmaq bizə xoşdur.





  1. «İş vaxtımın çox hissəsini alır» bu kimi üzrxahlığı, adətən, həyat yoldaşına vaxt ayırmayan insanlar edir. Lakin ailə işdən daha vacibdir. Plan qurun, həyat yoldaşınıza vaxt ayırın, tez-tez onunla birlikdə olun.



  1. Bill başa düşəndə ki, Betti məhəbbətin vaxt dilində danışır, o, cədvəl hazırladı. Həmin cədvəldə Bettinin xoşladıqlarını birgə görməyi qeyd etdi. Gəzinti, səyahət, ünsiyyət — bütün bunlar məhəbbətin vaxt dilinə aiddir. Siz də şəxsi cədvəlinizi tutun və həftədə bir dəfə həyat yoldaşınızın bir istəyini icra edin.



  1. Həyat yoldaşınızın sonuncu dəfə nə vaxt problemi olduğunu və xoşagəlməz hadisə ilə üzləşdiyini yada salın. Bunları icra etmisinizmi: (1) Məsləhət deyil, şəfqət göstərmək; (2) həll yolunu təklif etmək deyil, onu başa düşmək; (3) çoxlu sual vermək; (4) diqqətini problemə deyil, onun özünə yönəltmək.



  1. Birgə fəaliyyət nikahınızda hansı yerdə dayanır? Birlikdə iş görəndə və bir-birinizə yaxın olanda, üç nümunə gətirin. Nə üçün bu xatirələr sizin üçün əzizdir? Başqa daha nə ilə məşğul ola bilərsiniz? Plan qurun.



  1. Emosiyalar həyatınızda hansı rolu oynayır? Elə hallarla qarşılaşırsınız ki, orada hisslərinizi saxlamaq lazım gəlmir. Özünüzə dürüst cavab verin: öz emosiyalarınızdan qorxursunuzmu? Onları içinizdə boğmursunuz? Onları həmişə düzgün dəyərləndirirsinizmi? Onları düzgün əks etdirə bilirsinizmi?




Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin