QRUPDA MÜZAKİRƏ ÜÇÜN
Hansı hisslərin toxunmaya səbəb olduğunu müzakirə edin. Bəzən istəyirik ki, bizi qucaqlasınlar, bəzən isə toxunuşlar bizə xoş gəlmir. Əhval-ruhiyyə, başqa insana münasibət toxunmaq istəyimizə təsir edir.
Fəsil 9
MƏHƏBBƏT DİLİNİZİ NECƏ MÜƏYYƏN ETMƏK OLAR
ƏSAS FİKİR
Aşağıdakı suallar sizə məhəbbət dilinizi müəyyən etməyə kömək edəcək: siz tez-tez həyat yoldaşınızdan nə xahiş edirsiniz? Nə vaxt sevildiyinizi hiss edirsiniz? Sizi ən çox incidən nədir? Hər şeydən çox nəyi arzulayırsınız? Bu barədə düşünün.
Əksər cütlüklər seksual münasibətləri qaydaya salmağa çalışaraq texnikaya daha çox diqqət verirlər. Çünki seksual problemlər sevgiyə olan tələbat ödənməyəndə başlayır. Əgər emosional yaxınlıq yaranarsa, nikahın bu sahəsi yaxşılaşacaqmı? Münasibətlərinizdə daha nəyi dəyişə bilərsiniz? Bu barədə fikirləşin.
Biz çox vaxt sevgimizi həyat yoldaşımıza öz məhəbbət dilimizdə ifadə etməyə çalışırıq. O isə bizi başa düşmür. Həmişə öz sevginizi bildirməyə nail olursunuzmu? Əgər müvəffəq olurdunuzsa, düşünün, bəlkə, onda həyat yoldaşınızın dilində danışırdınız? Niyə də bunu bir daha təkrarlamayasınız?
Əgər siz hələ də öz məhəbbət dilinizi təyin etməyə çətinlik çəkirsinizsə, onda sizin məhəbbət kasanız ya doludur, ya da tamamilə boşalıb. Özünüzə uyğun olan vəziyyəti seçin. Əgər məhəbbət kasanız boşdursa, özünüzdən soruşun: «Görəsən, kimsə məni sevibmi?» Əgər sevibsə, bu, nə vaxt olub? Nə üçün sevildiyinizə inanırsınız? Verəcəyiniz cavablar sizə məhəbbət dilinizi müəyyən etməyə kömək edəcək.
Əgər məhəbbət kasanız dolurdursa, onda xəyalən aşiqlik dövrünə qayıdın. Gələcək həyat yoldaşınızda sizi cəlb edənin nə olduğunu xatırlayın. Bu, sizə tapmacanın açıqlamasını tapmağa kömək edəcək. Onda münasibətlərinizin daha yaxşı olması üçün nə etməli olduğunuzu biləcəksiniz.
Məhəbbət kasanızın boş və ya dolu olmasından, öz məhəbbət dilinizi müəyyən edib-etməməyinizdən asılı olmayaraq, növbəti ayda bu kitabın təklif etdiyi oyunu oynayın. Qoy həftədə üç dəfə hər kəs sevgi kasasının səviyyəsini dəyərləndirsin və onun səviyyəsini yüksəltmək üçün nə etməli olduğunu desin. Əgər həyat yoldaşınızın məhəbbət kasası tamamilə dolubsa, istirahət edə bilərsiniz. Lakin məhəbbətinizi göstərməyi dayandırmayın.
Dostları ilə paylaş: |