Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə55/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Nəyə görə uşağınızın məhəbbət dilini aşkar etmək və bu məsələni onunla araşdırmaq bu qədər vacibdir? Bu barədə onunla danışın. Təbii ki, bunu uşağınızın səviyyəsinə uyğun şəkildə etməlisiniz. Qoy, uşaqlar özləri hansı dildə danışdıqlarını müəyyən etsinlər. Siz də öz məhəbbət dilinizi onlara bildirin. Sizcə, bunu necə etmək olar?



UŞAĞIN QƏLBİNƏ GEDƏN BEŞ YOL. Q. Çepmen. R. Kembell. (272 səh., yumşaq üzlük). Hər uşağın məhəbbətə ehtiyacı var, əks halda o, heç vaxt bütöv bir şəxsiyyət kimi formalaşa bilməz. Sevgi — xoşbəxt uşaqlığın ən etibarlı təməlidir. Əgər valideynlər bunu başa düşərsə, onların övladları səxavətli və alicənab böyüyəcəklər. Amma valideynlər çox vaxt dərk etmirlər ki, uşaqlar məhəbbəti böyüklər kimi duymurlar. Buna görə də onlar uşaqlarını istəmədən bədbəxt edirlər. İtaətsizliyinə, dərslərində axsamasına, daxili qəzəbinə də səbəb elə budur. Bu kitabın müəllifləri — təcrübəli pedaqoqlar, psixoloqlar və həkimlər hesab edirlər ki, tərbiyənin əsasında uşağa sevgini hiss etdirmək durur. Bu kitab sizi böyüklərin davranışlarının beş modeli ilə tanış edəcək. Bu da sizə uşağınızın qəlbinə gedən yolu və sizin hansı davranışınızın onun məhəbbət dilinə uyğun olduğunu müəyyən etməkdə kömək edəcək. Uşaq sevildiyini biləndə, o, xoşbəxt olur.

YENİYETMƏNİN QƏLBİNƏ GEDƏN BEŞ YOL. Q. Çepmen. Yeniyetməni tərbiyə etmək heç vaxt bu qədər qəliz və maraqlı olmamışdı. Müasir cəmiyyətdə müsbət məqamlarla yanaşı təhlükələr də çoxdur. Bugünkü gündə yeniyetmələr arasında narkomaniya, zöhrəvi xəstəliklər, intiharlar geniş yayılıb. Yeniyetmələri bu təhlükələrdən necə qorumalı? Tədqiqatlar göstərir ki, həmyaşıdlar deyil, məhz valideynlər yeniyetmələr üzərində böyük təsirə malikdir. Təsir yolu isə — sevgidir. Kitabı oxumaqla siz yeniyetmə qiyamlarının səbəblərini biləcəksiniz. Həmçinin əksər müasir yeniyetmələrə hakim kəsilən pozğunluğa, qəzəbə və məyusluğa üstün gəlməyin yollarını, tənha valideynlərin yeniyetmə böyüdərkən hansı problemlərlə rastlaşa biləcəyini öyrənəcəksiniz. Kitab ilk növbədə valideynlər üçün yazılıb. Ancaq eyni zamanda nənələr və babalara, pedaqoq və tərbiyəçilərə də yeniyetmənin qəlbinə yol tapmaqda kömək edəcək.

MƏHƏBBƏTLƏ DİKTƏ OLUNMUŞ QƏRARLAR. Qeri Çepmen (233 səh., yumşaq üzlük). Rus oxucularına Qeri Çepmenin ailə məsələlərinə və uşaqların tərbiyəsinə həsr olunmuş kitabları yaxşı məlumdur. Bu kitab evlilik həyatında məyusluğa uğramış, münasibətlərdə yaranan böhranın öhdəsindən gəlməyə çalışan və özünü uğursuz hiss edən cütlüklər üçün nəzərdə tutulub. Müəllif maneələri dəf etmək üçün effektli məsləhətlər verir. Bu məsləhətlərin köməyi ilə səylərinizi lazimi istiqamətə yönəldib ailə münasibətlərinizin ab-havasını yaxşılaşdıra bilərsiniz.

TANRININ MƏHƏBBƏT DİLLƏRİ. Q. Çepmen (24 səh., yumşaq üzlük). “Məhəbbətin beş dili”, “Uşağın qəlbinə gedən beş yol”, “Yeniyetmənin qəlbinə gedən beş yol” kitablarının müəllifi Qeri Çepmen rus oxucusuna artıq yaxşı tanışdır. Onun yeni kitabı “Tanrının məhəbbət dilləri” Tanrı ilə insan arasındakı qarşılıqlı münasibətləri araşdırır. Tanrı bütün insanları sevir. Lakin sevgi üçün həmişə iki nəfərin — sevən və sevgiyə cavab verənin olması lazımdır. Müəllif əmindir ki, bizim hər birimizin şəxsi “məhəbbət dili” var. Bu kitabın məqsədi isə Tanrının qəlbinizin dili ilə necə danışdığını eşitməyinizə və Tanrıya yaxın olmağa kömək etməkdir. Kitab obrazlı dildə yazılıb və nümunələrlə zəngindir.




Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin