Bu məşğələni gündə üç dəfə edin. Bu vaxt öz hisslərinizi müəyyənləşdirməyə başlayacaqsınız. Bacardıqca tez-tez onları həyat yoldaşınızla bölüşün. Bir müddətdən sonra bu cür söhbətlər aparmağa öyrəşəcəksiniz. Sonda siz ailədə baş verən hadisələri və evdəkilərə qarşı hisslərinizi müzakirə edə biləcəksiniz. Yadda saxlayın ki, emosiyalar səbəbsiz yerə yaxşı və ya pis ola bilməz. Bu, sadəcə bizim ətrafda baş verənlərə münasibətimizdir.
Fikirlərlə və hisslərlə idarə olunanda, biz qərarlı oluruq. Yolda arxadakı maşın quyruq kimi sizi izləyəndə, siz əsəbiləşir və təxminən belə düşünürsünüz: «O məni ötüb keçəcək, yoxsa yox. Surəti artırmaq lazımdır. Görəsən, niyə əl çəkmir? İndi əyləci basacam, qoy, o, yeni maşınımı zədələdiyinə görə zərəri ödəsin. Bəlkə, yol verim, o da məni ötüb keçsin?»
Nəhayət, siz hansısa bir qərar verirsiniz. Ola bilsin ki, digər sürücü sizdən əl çəkib, ya yolunu dəyişsin, ya da sizi ötüb keçsin, siz də sağ-salamat işə çatasınız. Biz hər vəziyyətə reaksiya veririk: bizdə fikir, hiss və istəklər yaranır. Beləcə «mənliyimiz» özünü büruzə verir. «Ünsiyyət» dialektini mənimsəmək üçün öz duyğularınızı qeyd etməyi öyrənin.
Dostları ilə paylaş: