HƏDİYYƏ VƏ PUL
Bu dili mənimsəmək üçün, ola bilsin ki, siz pula qarşı münasibətinizi dəyişməli olacaqsınız. Pulları necə xərcləmək barədə hər kəsin öz şəxsi təsəvvürü var: bəziləri xərcləməyi sevir; bəziləri isə yığmağa üstünlük verir və pulu müvəffəqiyyətlə harasa qoymağa nail olanda, məmnun qalırlar.
Əgər asanlıqla pulu xərcləməyi bacarırsınızsa, onda xüsusi bir probleminiz olmayacaq. Əksinə, qənaət etməyə öyrəşmisinizsə, onda daxili etirazınıza qalib gəlməli olacaqsınız: mən özüm üçün heç nə almıram, nəyə görə ona nəsə almalıyam? Əgər belə düşünürsünüzsə, səhv edirsiniz, çünki daha çox özünüz üçün alırsınız. Nəsə yığmaqla siz əminlik və özünəhörmət əldə edirsiniz. Beləcə, siz şəxsi emosional tələbatınızı ödəyirsiniz. Həyat yoldaşınızın isə emosional ehtiyacına önəm vermirsiniz. Əgər bu, onun üçün doğma məhəbbət dilidirsə, hədiyyə həyat yoldaşınız üçün edə biləcəyiniz ən yaxşı kapitaldır. Bu halda siz münasibətlərə yatırım edir, arvadınızın məhəbbət kasasını doldurursunuz. Çox güman ki, tezliklə o da doğma dilinizdə sizə sevgi ilə cavab vermək istəyəcək. Çünki həyat yoldaşınızın emosional tələbatı ödəniləndə, hər şey dəyişir. Qənaət edilib yığılan pula görə narahat olmayın. Siz qənaətcilsiniz. Həmişə də belə qalacaqsınız. Pulunuzu məhəbbətə yatırın, bu, ən etibarlı kapitaldır.
Dostları ilə paylaş: |