Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə28/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   61
Edəcəyinə ümidini itirdi.

Bir il keçdi. Petsi təkbaşına nəsə edəcəyinə ümidini itirdi və Pitə bildirdi ki, psixoloqa müraciət etmək istəyir. O soruşdu:

— Mənimlə gedərsən?

Pit dedi:

— Mənim psixoloqa ehtiyacım yoxdur. Buna sərf edəcək nə pulum, nə də ki, vaxtım var.

— Onda tək gedərəm.

— Get. Bəlkə faydalı nəsə öyrəndin.

Bununla da söhbət bağlandı. Petsiyə elə gəlirdi ki, ailədə baş verənlər ərinin vecinə deyil. Növbəti həftə o, psixoloqa getdi. Psixoloqla üç dəfə görüşəndən sonra Piti konsultasiyaya getməyə razı saldı. Şəfa prosesi başladı. Yarım ildən sonra onlar yenidən xoşbəxt idilər. Mən soruşdum:

— Həmin vaxtı siz nə öyrəndiniz? Nikahınızı nə xilas etdi?

— Mən Petsinin məhəbbət dilində danışmağı, o isə mənim dilimi öyrəndi. Əlbəttə, bizim psixoloq bunu başqa cür adlandırırdı. Amma mahiyyət eyni idi. Bu gün sizin mühazirənizi eşidəndə, mən bunu başa düşdüm. Münasibətləri bərpa etmək üçün nə etdiyimizi xatırladım. Biz doğrudan da bir-birimizin məhəbbət dilini öyrəndik.

— Bəs sizin doğma məhəbbət diliniz hansıdır? — mən Pitdən soruşdum.

— Toxunuş, — deyə o, əminliklə cavab verdi.

— Bəli, — Petsi təsdiqlədi.

— Bəs sizin? — Petsidən soruşdum.

— Vaxt. Mənə onun diqqəti lazım idi. O isə işlə məşğul olur və saatlarla kompyuter arxasında otururdu.

Necə müəyyən etdiniz ki, əriniz məhəbbətin toxunuş dilində danışır?

— Bunu dərhal müəyyən etmədim. Bizə psixoloq kömək etdi. Məncə, Pit heç özü də başa düşmürdü ki, bu, onun üçün nə qədər vacibdir.

— Bəli, doğrudur, — Pit dedi. — Həmin vaxtlar mən çox pis idim. Amma nədən belə olduğumu dərk etmirdim. Mən özümə bu qədər əmin deyildim. Səbəb isə Petsinin mənə nəvaziş göstərməməsi idi. Bunu çox istəsəm də, heç vaxt dilimə gətirməmişdim. Təşəbbüsü həmişə mən göstərirdim. Toya qədər o mənim toxunuşlarıma cavab verir, biz qucaqlaşır və əl-ələ tuturduq. Toydan sonra isə elə vaxtlar olurdu ki, o məni özündən itələyirdi. Bəlkə işdən yorğun gəlirdi. Bilmirəm. Lakin bu, mənim üçün təhqir idi. Elə bilirdim ki, mən ona xoş gəlmirəm. Onda onu rahat buraxmağa qərar verdim, daha ona yaxınlaşmadım. Onun məni nə vaxt qucaqlayacağı mənə maraqlı idi. İki ay gözlədim! Bu, dözülməz idi. İşdə yubanmağa çalışırdım ki, onun üzünü tez-tez görməyim. Qəlbim çox sızlayırdı. Mənə elə gəlirdi ki, o, daha məni sevmir.

— Mənim isə onun əzab çəkdiyindən xəbərim belə yox idi, — Petsi dedi. — Əlbəttə, mən onun necə dəyişdiyini gördüm. O, daha məni qucaqlamırdı və öpmürdü. Mənə isə elə gəlirdi ki, indi biz evli olduğumuza görə bu, onun üçün elə də vacib deyil. Bundan əlavə, o, işdə yorulurdu. Ağlımdan belə keçmirdi ki, o, təşəbbüsü üzərimə götürməyimi gözləyirdi. Mən ona yemək hazırlayır, evi təmizləyir, ona mane olmamağa çalışırdım. Həqiqətən də onun üçün daha nəyin çatışmadığını başa düşmürdüm. O, qətiyyən mənə fikir vermirdi. Çox narahat olurdum. Doğrudan da onu nazlamaq ürəyimdən keçmirdi. Ona görə yox ki, o mənə xoş deyildi. Sadəcə, mənim üçün bu, önəmli deyildi. Mən daha çox onunla vaxt keçirmək istəyirdim. Onda mən onun sevgisini hiss edə bilərdim. Aramızda yaranan soyuqluğun kökünü tapmaq üçün çox vaxt sərf etdik. Amma onun məhəbbətə olan tələbatını ödəmədiyimi aşkar edən kimi, təşəbbüsü ələ aldım. O andan etibarən hər şey dəyişməyə başladı. O, tamamilə başqa insan oldu. İndi Pit tez-tez mənimlə birgə olmaq istəyir. Mən ərimi yenidən qazandım.

— Bəs kompyuter necə oldu? O, yenə əvvəlki kimi evdə işləyir? — mən soruşdum.

— Bəli, — Petsi gülümsədi. — Amma yalnız vacib lazım olanda. Mən artıq onu kompyuterə qısqanmıram. Bilirəm ki, o məni sevir. Axı o, həmişə belə diqqətlidir.

— Bilirsiniz, bu gün məni nə heyrətləndirdi? — Pit dedi. — Məhəbbətin dilləri haqqında mühazirə. Dinləyicilər iyirmi dəqiqə ərzində bizim yarim ildə mənimsədiyimizi öyrəndilər.

Vacib deyil ki, buna nə qədər vaxt sərf etdiniz. Əsas odur ki, onu yaxşı mənimsəmisiniz.

Pit doğma məhəbbət dili toxunuş olan əksər insanlardan biridir. Onlar fiziki olaraq həyat yoldaşlarının yanında olmasını duymalıdırlar. Əgər həyat yoldaşınız məhəbbətin bu dilində danışırsa, siz onun əlindən tutmalı, masaj etməli, onu qucaqlamalı və öpməlisiniz. Onun üçün istənilən nəvaziş vacibdir. Onda o, sizin məhəbbətiniz hiss edəcək.



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin