Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə30/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   61
Xəyal qurun. Mükəmməl həyat yoldaşınızı

Necə təsəvvür edirsiniz? Ola bilsin ki, bu, məhəbbət

Dilinizi müəyyən etməyə kömək etsin.

Lakin yadda saxlayın ki, bu üsul təxminidir, həmişə dəqiq deyil. Məsələn, ər arvadına hədiyyə verir, baxmayaraq ki, bu, onun doğma məhəbbət dili deyil. Sadəcə uşaqlıqdan o, bunu atasından mənimsəyib. O, başqasının nümunəsini təkrarlayır.

Beləliklə, öz məhəbbət dilinizi üç üsulla müəyyən edə bilərsiniz:

1. Sizi ən çox incidən nədir? Bunun əksi sizin doğma diliniz ola bilər.

2. Tez-tez həyat yoldaşınızdan nə xahiş edirsiniz? Ola bilər ki, bu, sizin üçün sevgi ifadə edir.

3. Siz özünüz məhəbbətinizi necə ifadə edirsiniz? Bu, sizin məhəbbət diliniz ola bilər.

Ümid edirəm ki, bu üç üsul sizə kömək edəcək. Əgər eyni zamanda iki məhəbbət dilində danışdığınızı düşünürsünüzsə, ola bilsin ki, hər iki dil sizin doğma məhəbbət diliniz olsun. Belə olan halda həyat yoldaşınıza daha asan olacaq. O özü üçün daha sadə dili seçə bilər.

Adətən, iki tipli insan öz məhəbbət dilini müəyyən etməyə çətinlik çəkir. Birincisi, heç vaxt məhəbbət kasası boş olmayan insanlardır. Məsələn, əriniz öz sevgisini sizə müxtəlif üsullarla ifadə edir, siz də hansı dilin sizin üçün daha əhəmiyyətli olduğuna əmin ola bilmirsiniz. Siz sadəcə sevildiyini bilirsiniz. İkincisi, məhəbbət kasaları uzun müddət tamamilə boş qalan insanlardır. Onlar artıq sevilməyin nə olduğunu xatırlamırlar. Hər iki halda fikrən aşiq olduğunuz dövrə qayıdın. Həyat yoldaşınızda sizi daha çox nəyin cəzb etdiyini yadınıza salın. Niyə siz məhz onu (kişi və ya qadın) seçmisiniz? Beləcə siz öz məhəbbət diliniz barədə müəyyən təsəvvürə malik olacaqsınız. Ya da xəyal qurun. Mükəmməl həyat yoldaşınızı necə təsəvvür edirsiniz? Bu obraz sizə kömək edə bilər.

İndi isə bir siyahı tərtib edin. Orada sizin üçün əhəmiyyətli olan məhəbbətin beş dilini ardıcıllıqla düzün. Birinci yerdə təbii ki, sizin doğma məhəbbət diliniz olacaq. Belə bir siyahını həyat yoldaşınız üçün də hazırlayın. Qoy, o da eyni şeyi etsin. Öz siyahılarınızı bir-birinizlə müzakirə edin.

Sonra bir ay ərzində həftədə üç dəfə belə bir oyun oynamağı təklif edirəm. Oyunun adı «Məhəbbət kasası» adlanır. Qaydalar isə belədir: axşam evə qayıdanda, həyat yoldaşınızdan onun məhəbbət kasasının nə qədər dolu olduğunu soruşun. On ballıq cədvəldən istifadə edin: sıfır — boş deməkdir, on isə — tamamilə doludur. Rəqəmi sizə bildirəndə, kasanı necə doldurmaq barədə soruşun.

Həyat yoldaşınız daha çox nə istədiyini desin, siz də istəyini yerinə yetirin. Sonra rollarınızı dəyişin. Beləliklə, hər ikiniz öz məhəbbət kasanızı yoxlayır və yoldaşınıza onu doldurmağa kömək edirsiniz. Tezliklə oyun vasitəsilə bir-birinizə məhəbbətinizi ifadə etməyi öyrənəcəksiniz.

Bir kişi deyirdi:

— Sizin oyununuz mənim xoşuma gəlmir. Arvadımla bu oyunu oynadıq. İşdən qayıdanda ondan soruşdum: «Sənin məhəbbət kasanı necə doldurum?» O mənə cavab verdi: «Zəhmət olmasa, ağları yu». Məhəbbət hara, yumaq hara... Başa düşmürəm.

Mən cavab verdim:

— Problem də elə bundadır. Siz arvadınızın doğma məhəbbət dilini anlamırsınız. Yeri gəlmişkən, siz hansı məhəbbət dilində danışırsınız?

— Toxunuş, xüsusilə də, intim münasibətlər, — deyə o, fikirləşmədən dilləndi.

— Ay sağ ol. Arvadınız sizə toxunanda siz nə hiss edirsinizsə, ona paltar yumağa kömək edəndə də o, eyni hissləri yaşayır.

— Ola bilməz! — deyə o, ucadan qışqırdı. — Əgər belədirsə, onda hər axşam mən onun üçün paltarları yuyacam.

Əgər hələ də öz məhəbbət dilinizi müəyyən etməmisinizsə, onda oyunun nəticələrini qeyd edin. Siz «Məhəbbət kasasını necə doldura bilərəm?» sualına, adətən, hansı cavabı verirsiniz? Yəqin ki, ondan sizin doğma məhəbbət dilinizdə danışmağı xahiş edəcəksiniz.

Kimsə İllionoisdən olan Raymond və Heder kimi deyə bilər:

— Doktor Çepmen, hər şey aydındır. Amma yoldaşınızın məhəbbət dili sizə tamamilə yaddırsa, onun dilində danışmaq çətindirsə, nə etməlisiniz?

Biz bunu onuncu fəsildə müzakirə edəcəyik.



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin