Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə39/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   61
HƏDİYYƏLƏR

Bütün valideynlər məhəbbətin bu dilində danışır. Çoxları belə hesab edirlər ki, bu, yeganə sevgi dilidir. Əmin olmaq istəyirsinizsə, onda oyuncaqlar mağazasına baş çəkin — imkan olan yerdə uşaqlara bol hədiyyə alınır. Bəzilərinə elə gəlir ki, məhəbbəti əks etdirmək üçün bu, ən yaxşı vasitədir. Digərləri isə övladlarına özləri uşaqlıqda arzuladıqlarını vermək istəyir. Amma uşağın məhəbbət dili hədiyyə deyilsə, heç bir bəxşiş onu sizin məhəbbətinizi duymağa məcbur edə bilməz.

Əgər hədiyyələr uşağı tez bezdirirsə, ya da o, onları qorumursa, heç vaxt yeni oyuncağa görə sevinmir və hətta «sağ ol» deməyi unudursa, çətin ki, hədiyyələr onun doğma məhəbbəti dili olsun. Yox, əgər uşaq sizə təşəkkür edirsə, hədiyyələrini dostlarına göstərib sizi tərifləyirsə, oyuncağı yaxşı bir yerdə saxlayıb uzun müddət onunla oynayırsa, deməli, bu, onun doğma məhəbbət dilidir.

Əgər sizin uşağınızın doğma məhəbbət dili hədiyyədirsə və siz maddi cəhətdən çətinlik çəkirsinizsə, onda nə etməli? Yadda saxlayın: «Qiymətli olan hədiyyə deyil, diqqətdir». Bəzən əllə düzəldilmiş oyuncaq mağazadan alınan oyuncaqdan daha dəyərlidir. Çox vaxt uşaqlar içində hədiyyənin yerləşdiyi qutu ilə daha çox oynayırlar, nəinki hədiyyənin özü ilə. Siz sındırılmış oyuncaqları götürə və uşağınızla birlikdə onları təmir edə bilərsiniz. Hədiyyəni yalnız varlılar vermirlər.



KÖMƏK

Körpə uşağa həmişə qayğı göstərmək lazımdır. Çünki köməyimiz olmadan o, tələf ola bilər. Valideynləri onu yedizdirir, çimizdirir, bələyir, altını təmizləyir və paltarlarını ütüləyirlər. Bütün bunlar böyük güc tələb edir. Uşaq böyüdükcə, yeni qayğılar yaranır: çantasına səhər yeməyi qoymaq, məktəbə ötürmək, ev tapşırıqlarını yoxlamaq. Adətən, uşaqlar valideynlərinin vurnuxmasını borc kimi qəbul edirlər. Lakin bəziləri burada məhəbbət görürlər.



Uşağınıza diqqət yetirin. O özü

Məhəbbəti necə ifadə edir? Onda siz onun

Məhəbbəti dilini müəyyən edəcəksiniz.

Əgər uşaq onun üçün etdiyiniz xırda bir işə görə minnətdarlıq edirsə, deməli, ona sizin qayğınız vacibdir. Kömək məhəbbəti bildirir. O, təkcə yaxşı qiymətlərinə görə deyil, dərslərində ona kömək etdiyinizə görə sevinir. O özünə deyir: «Məni sevirlər». Siz onun velosipedini təmir edəndə, o, yalnız yenidən velosiped sürəcəyinə görə şadlanmır. Əgər uşaq bütün gücü ilə sizə kömək etməyə çalışırsa, görünür, kömək onun doğma məhəbbət dilidir.




Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin