Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə46/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Aşiqliyin və əsl sevginin emosional, psixoloji, fizioloji və ruhani komponentləri haqqında danışın.

Fəsil 4

MƏHƏBBƏTİN BİRİNCİ DİLİ: SÖZLƏ RUHLANDIRMAQ

ƏSAS FİKİR

Tərif, dəstək, xahiş həyat yoldaşınıza öz dəyərini hiss etməyə kömək edir. Onlar sizi bir-birinizə yaxınlaşdırır, yaraları sağaldır və ömür gün yoldaşınıza həyatda nail olmaq istədiklərinə çatmağa imkan verir.



  1. Həyat yoldaşınızla söhbət edin, onun maraqlarını və nə istədiyini öyrənin. Diqqətlə dinləyib ona bildirin ki, onda hər şey alınacaq. Öz köməyinizi də təklif edin.



  1. Son dəfə nə vaxt kobud davrandığınızı xatırlayın. Bəlkə siz sərt davranmısınız, acı sözlər söyləmisiniz, onu ittiham etmisiniz və ancaq onun səhvlərini vurğulamısınız? Bağışlanma istəyin və düzəlməyə çalışın.



  1. Adətən, həyat yoldaşınızla necə danışırsınız? Həm məsləhət verir, həm də məsləhət istəyirsinizmi? Bəlkə siz tələb etməyə, şərt qoymağa, hətta hədə-qorxu gəlməyə öyrəşmisiniz. Hər şeydən əvvəl unutmayın ki, məhəbbət bizim azad seçimimizdir. Sözlərinizdə həyat yoldaşınızın məhəbbətinizi hiss etməsi üçün nə etməlisiniz?



  1. Leksikamızda çoxlu yaxşı və zərif sözlər mövcuddur. Kitablardakı məsləhətlərdən istifadə edin, bloknot tutub orada tanışlarınızdan eşitdiyiniz, kitablardan oxuduğunuz və öz düşündüyünüz ruhlandırıcı sözləri yazın.



  1. Bill və Bettinin hekayəsini araşdırın. Onlardan nümunə götürmək çətin deyil. Onların hər biri həyat yoldaşının müsbət cəhətlərinin siyahısını tərtib etdilər. Sonra həftədə iki dəfə hansısa bir xüsusiyyəti seçib bir-birini təriflədilər. Bir daha Bill və Bettinin cədvəlinə baxın. Bu, sizə şəxsi cədvəlinizi tərtib etməyə kömək edəcək. Həmin sınaq iki aya hesablanmışdır.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin