QRUPDA MÜZAKİRƏ ÜÇÜN
Kişi və qadının birlikdə etdikləri iş hər ikisini eyni anda maraqlandırmalıdırmı? Sizin xoşunuza gəlməyən, amma həyat yoldaşınıza xoş olan işi görmək və birgə vaxt keçirmək mümkündürmü?
Fəsil 6
MƏHƏBBƏTİN ÜÇÜNCÜ DİLİ: HƏDİYYƏLƏR
ƏSAS FİKİR
Hədiyyələr — məhəbbətin zahiri rəmzidir. Siz onları ala, tapa və öz əllərinizlə düzəldə bilərsiniz. Hətta sizin varlığınız də hədiyyə ola bilər. Hədiyyələr sizin diqqətli olmağınızın və münasibətləri dəyərləndirməyinizin göstəricisidir.
Hər kəsin hədiyyənin necə olması barədə öz təsəvvürü var. Ola bilər ki, həyat yoldaşınızın hədiyyəsi sizin xoşunuza gəlməsin. Lakin hədiyyədə onun məhəbbətini görməyə çalışın. Belə olan təqdirdə, ona olan münasibətiniz dəyişə bilər.
Müəllifin məsləhətindən istifadə edib həyat yoldaşınızın zövqünə uyğun hədiyyə cədvəlini tərtib edin. Onu (kişi/qadın) tanıyan qohumlarından və ya dostlarından xoşuna gələn hədiyyələri soruşun. Növbəti ay bu cədvəlin köməyi ilə həyat yoldaşınıza həftədə bir dəfə hədiyyə verin.
Ola bilər ki, siz qənaətcilsiniz və hədiyyələrə pul xərcləməyi sevmirsiniz. Axı sizə həyat yoldaşınızdan dəyərli bir kimsə yoxdur. Pula olan münasibətinizi nəzərdən keçirin və həyat yoldaşınıza hədiyyə verməyə can atın.
Əgər hədiyyələr həyat yoldaşınızın doğma məhəbbət dilidirsə, öz varlığınızı ona hədiyyə etmək üçün bəzən planlarınızı qurban verməli olacaqsınız. Həyat yoldaşınız onunla birgə vaxt keçirməyi xahiş edəndə, bu ricaya diqqətlə yanaşırsınızmı? Unutmayın ki, bu, onun üçün vacibdir. Gələn dəfə onu məyus etməyin.
Varlığınız hədiyyə qədər böyük əhəmiyyətə malikdir. Əgər ailənizdə nəsə vacib bir şey baş verirsə, həyat yoldaşınızın yanında olun.
Dostları ilə paylaş: |