Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə50/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

İnsan xoşbəxtliyi haqqında iki müxtəlif yanaşmanı müzakirə edin: (1) yaxşısı budur ki, özün üçün yaşayıb başqa insanlardan istifadə edəsən; (2) xoşbəxtlik ondadır ki, başqalarına xidmət edəsən, sevginin mahiyyətini dərk edib insanlara kömək edəsən.

Fəsil 8

MƏHƏBBƏTİN BEŞİNCİ DİLİ: TOXUNUŞ

ƏSAS FİKİR

Toxunuş istənilən hər bir insan üçün əhəmiyyətlidir. Sevgini bu dildə müxtəlif cür ifadə etmək olar. Toxunuş dili təkcə ehtiraslı öpüşlərdən deyil, bəzən həyat yoldaşınızın çiyinlərinə əlinizi qoymaqdan da ibarət ola bilər.



  1. Siz həyat yoldaşınıza fiziki zərər vurmamalısınız. Əgər əvvəl belə hallar baş veribsə, üzr istəyin və özünüzü idarə etməyi öyrənin. Həyat yoldaşınız hər hansı toxunuşun xoşuna gəlmədiyini deyəndə, onları etməyin.



  1. Ola bilər ki, qabaqlar siz həyat yoldaşınızla hansı toxunuşun ona xoş olduğunu müzakirə etməmisiniz. Bu barədə onunla söhbət edin. Emosional və psixoloji baxımdan toxunuşun əhəmiyyətini araşdırın.



  1. Nikahınızdakı bu sahəni zənginləşdirmək haqqında düşünün. Hansı toxunuş sizə xoşdur? Onlara nə vaxt ehtiyacınız var? Məsələn, işdən evə qayıdanda siz istəyirsiniz ki, həyat yoldaşınız sizi öpsün. Cədvəl hazırlayın. Onu yoldaşınızla müzakirə edin. Əgər sizin istəkləriniz ziddiyyət təşkil edirsə, güzəştə gedin. Birinci yerdə başqasının maraqları olmalıdır.



  1. Pit və Petsinin hekayəsinə qayıdın. Petsi asanlıqla ərinə tez-tez onunla vaxt keçirmək istədiyini deyirdi. Amma Pit isə öz istəkləri barədə arvadına demir, ona toxunmasını xahiş etmirdi. Necə düşünürsünüz, o, düz edirdi? Yoldaşınız fikirlərinizi oxumaq bacarığına malik deyil. Çətin olsa da, sizin üçün vacib olanı ona bildirməlisiniz. Niyə də bunu ona açıq deməyəsiniz? Həqiqətən də toxunuşa ehtiyac duyduğumuzu özümüzə belə etiraf etmək çox çətindir, qaldı ki, bu barədə həyat yoldaşımızdan xahiş edək, xüsusilə də, söhbət intim münasibətdən gedirsə. Çox vaxt bizə elə gəlir ki, bizim bədənimiz o qədər də gözəl deyil. Buna baxmayaraq, həyat yoldaşınızla açıq danışın.



  1. Hər bir insanın həyatında faciə baş verə bilər. Yaxınlarımızın ölümü və ya onların xəstələnməsi bizə ağır gəlir. Amma xırda xoşagəlməz hadisələr də bizim qəlbimizi yaralayır. Çətin anlarında həyat yoldaşınızın yanında olmağa çalışın. Boş sözlərdənsə, o, sizin ağuşunuzda daha tez təsəlli tapacaq.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin