Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə53/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

İnsanlar əksər hallarda münasibətlərdə əminlik və dəyərlilik qazanmaqdan ötrü güc göstərərək bir-birini manipulyasiya edirlər. Amma elə də olur ki, siz mənfəət güdmədən həyat yoldaşınıza məhəbbətinizi verirsiniz, lakin əvəzində heç nə almırsınız. Onda nə etməli?

Fəsil 12

SEVƏ BİLMƏDİYİMİZ İNSANI SEVMƏK

ƏSAS FİKİR

Baxmayaraq ki, bu, çətindir, amma məhəbbəti sevmədiyimiz həyat yoldaşımıza da göstərə bilərik. Biz təhqir olunanda, incidiyimizə görə heç bir yaxşı duyğumuz qalmır. Lakin məhəbbət hisslərə deyil, seçimə əsaslanır. Həyat yoldaşınıza sevginizi bildirməyə cəhd edin, kim bilir, bəlkə də möcüzə baş verəcək.



  1. Əgər sizin vəziyyətiniz Ennin hekayəsinə bənzəyirsə, yəni evdə mühit dözülməzdirsə, onda onun təcrübəsini sınaqdan keçirməyə dəyər. Ancaq başlanğıc üçün özünüzdə dözüm və cəsarət tapmalısınız. Bəlkə də təhqir və istehzalara dözməli olacaqsınız. Lakin addım atmağa dəyər. Təcrübə təxminən yarım il vaxt aparacaq. Ola bilər ki, Ennin öz əri ilə əldə etdiyi nəticəyə nail olacaqsınız. Tanrıya etibar edin, çox güman ki, hər şey alınacaq.



  1. Həyat yoldaşınızdan münasibətlərinizi necə qaydasına sala biləcəyinizi soruşun. Onun hansı cavabı verməsindən asılı olmayaraq, bunu yalnız məlumat kimi qəbul edin. Həyat yoldaşınızın məhəbbət dilini aşkar edin və onu öyrənməyə başlayın. Onu inandırın ki, bunu yaxşı niyyətlə edirsiniz.



  1. Həyat yoldaşınız aranızdakı münasibətlərin həqiqətən də dəyişdiyini dərk edəndə, ondan istədiyiniz bir şeyi etməsini xahiş edin. İstəyinizi icra edib-etməməsindən asılı olmayaraq, hər ay ondan nəsə xahiş edin. Beləcə siz ona öz məhəbbət dilinizi öyrədəcəksiniz.



  1. Həyat yoldaşınız sevgiyə olan tələbatınızı ödəməyə başlayanda, sizə artıq yalnız öz iradənizə güvənmək lazım gəlməyəcək. Sizin ona qarşı sevgi hissləriniz yaranacaq.



  1. Getdikcə münasibətlərinizin düzəldiyini görəndə, rahatlaşmayın, daima həyat yoldaşınızın dilində danışmağa davam edin. Siz xoşbəxtliyə doğru gedirsiniz. Dayanmadan irəliləyin! Nikahınız üçün daha nə edə biləcəyinizi həyat yoldaşınızla müzakirə edin.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin