QRUPDA MÜZAKİRƏ ÜÇÜN
Əksər nikahlar boşanma ilə yekunlaşır. Çünki bizim təvazökarlığımız çatışmır və minnətdarlıq görməyəndə, başqasına xidmət etmək istəmirik. İsa Məsih bu barədə nə söyləyirdi? O, nəyi öyrədirdi? Məsihin sözlərini müzakirə edin: «Düşmənlərinizi sevin» (Luka 6:27). İsa Məsihin Öz şagirdlərinin ayaqlarını necə yuduğunu xatırlayın (Yəhya 13:5, 12-17).
Fəsil 13
UŞAQLAR VƏ MƏHƏBBƏTİN DİLLƏRİ
ƏSAS FİKİR
Uşaqlar şəxsi ehtiyaclarını və hisslərini ayırd edə bilmirlər. Ancaq hər kəsin öz məhəbbət dili var. Övladlarını düzgün tərbiyə etmək üçün valideynlər onların məhəbbət dilini mütləq bilməlidirlər. Uşaq körpə olanda və siz onun məhəbbət dilini müəyyən edə bilməyəndə, hər beş dildə danışın.
Sözlə ruhlandırma — biz uşaqlarımızı nadir hallarda tərifləyirik, ancaq onların səhvlərini qeyd edirik. Belə münasibətin nəticələri ürəkaçan olmur. Gələn həftə övladınızı gündə iki dəfə tərifləməyə başlayın.
Vaxt — siz uşağınızın aləminə daxil olmalısınız. Qoy, onların maraqları sizin maraqlarınıza çevrilsin. Bunun üçün vaxtınızı əsirgəməyin. Ona qarşı diqqətli olun. Əgər sizin bir neçə övladınız varsa, hər birinə vaxt ayırmağa çalışın. Ən azı gündə bir neçə dəqiqənizi ayırın. Unutmayın ki, bu, çox vacibdir.
Hədiyyələr — bu sahədə ifrata yol verməyin. Əks halda, hədiyyələr məqsədi itirir, uşaqda isə dəyərlərin yanlış sistemi yaranır. Lakin siz hədiyyələri diqqətlə seçib bu sözlərlə «Səni sevirəm, ona görə də sənin üçün nəsə hazırlamışam» hədiyyə etsəniz, onda onun məhəbbətə olan ehtiyacını təmin etmiş olursunuz. Hədiyyəni təqdim etdiyiniz vaxt mütləq öz sevginizi bildirin. (Hətta uşağı hədiyyədən məhrum edəndə də, öz məhəbbətinizi göstərə bilərsiniz. Məsələn, «Yox, biz zınqırovlu ilanı almayacağıq, çünki səni həddindən artıq çox sevirəm!»
Kömək — biz həmişə uşaqlara kömək etməyə çalışırıq. Amma növbəti dəfə uşağınız üçün vacib nəsə edəndə, bunu onu sevdiyinizə görə etdiyinizi deyin. Övladınız üçün xüsusilə nə vacibdir? Bəlkə ona kömək etmək üçün biliyiniz kifayət deyil? Əgər kömək övladınızın doğma məhəbbət dilidirsə, siz hər şeyi bacarmalısınız.
Toxunuş — hər uşağın nəvazişə ehtiyacı var. Amma ona fərdi yanaşmaq lazımdır. Uşağın yaşını, təbiətini, məhəbbət dilini və s. Nəzərə alın. Uşaqlar böyüsələr də, siz əvvəlki kimi incə davranmalı və onları dəstəkləməlisiniz.
Övladınızın doğma məhəbbət dilini müəyyən edəndə, həmişə o dildə danışmağa səy göstərin. Lakin digər dilləri də unutmayın. O, onları da anlamağı öyrənməlidir.
Dostları ilə paylaş: |