SEVGİ DOLU AİLƏNİN BEŞ ƏLAMƏTİ. Q. Çepmen (350 səh., yumşaq üzlük, , ISBN 978-5-7454-1025-3). Qeri Çepmen artıq otuz ildir ki, ailə problemləri ilə məşğul olur. O, məşhur “Məhəbbətin beş dili” kitabının müəllifidir. Müxtəlif problemlərin olmasına baxmayaraq, hər kəs sevgi dolu ailəyə sahib olmaq istəyir. Bu, mümkündürmü? Kitabın müəllifi iddia edir ki, möhkəm və sevgi dolu ailələr bu gün də mövcuddur. Kitab oxucuları sağlam ailələrə xas olan xüsusiyyətlərlə tanış edir və ailəni möhkəmləndirməyin, uşaqları düzgün tərbiyə etməyin, ər-arvad arasındakı intim münasibətləri yaratmağın yollarını göstərir.