Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə9/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   61
XOŞ SÖZLƏR

Məhəbbət xeyirxahdır. Əgər məhəbbət haqqında danışmaq istəyiriksə, xoş sözlərdən istifadə etmək lazımdır. Danışıq tərzimiz çox vacibdir. Eyni ifadələr fərqli səslənə bilər. İncə və nəvazişlə «Mən səni sevirəm» demək — əsl sevginin etirafıdır. Bəs «Mən səni sevirəm?» söyləsək, məna tamamilə dəyişir. Bəzən söz bir, intonasiya isə başqa mənanı ifadə edir. Bizim mesajımız iki cür anlaşıla bilər. Halbuki insanlar çox vaxt sözlərə deyil, intonasiyaya diqqət yetirilər.

«Əlbəttə, mən qabları yuyaram. Böyük məmnuniyyətlə», — deyə ər gileylənir. Çətin ki arvad bu sözlərdə məhəbbət duysun. Digər tərəfdən, bizi incidəndə biz qəzəblənirik. Bunu başqa tərzdə də deyib məhəbbət göstərmək olar. «Mənə kömək etmək istəmirsənsə, heç nə olmaz!». Əgər insan bu sözləri incə və səmimi şəkildə deyirsə, onlar məhəbbəti göstərir. Həmin adam anlayış axtarır, hissləri ilə bölüşür, güzəştə gedir və yaxın olmaq istəyir. O, qəlbində acı hiss edir və əlacı tapmaqdan ötrü bu barədə danışır. Eyni söz kobud və ucadan deyildikdə, özündə sevgi deyil, ittiham və kin əks etdirir.

Danışıq tərzi olduqca vacibdir. Qədim zamanlarda müdrik bir insan belə deyirdi: «Şirin dil qəzəbi söndürər». Məsələn, əriniz hirslidir, o özündən çıxır, özünü qaba aparır. Əgər siz məhəbbətə üstünlük verirsinizsə, ona eyni şəkildə cavab qaytarmayacaqsınız. Siz onun davranışını sadəcə hissləri barədə məlumat kimi qəbul edəcəksiniz. Onun baş verənləri necə qəbul etdiyini və ona necə ağrılı olduğunu dinləyəcəksiniz. Siz özünüzü həyat yoldaşınızın yerinə qoymağa çalışacaq və hər şeyə onun gözləri ilə baxacaqsınız. Sonra isə mehribancasına öz fikrinizi bildirəcəksiniz. Əgər siz haqsızsınızsa, bunu dərk edib üzr istəyəcəksiniz. Yox, əgər o sizi düzgün başa düşməyibsə, bunu ona izah edəcəksiniz. Ərinizi anlayışla qarşılayıb barışmağa səy göstərəcəksiniz. Özünüzə haqq qazandıraraq fikrinizin yeganə doğru yol olduğunu iddia etməyəcəksiniz. Məhz bu cür sevgi nikahda böyümək üçün nail olmağa çalışdığımız əsl yetkin məhəbbətdir.

Məhəbbət səhvlərin hesabını tutmaz. Məhəbbət xətaları xatırlamaz. Aramızda kamil insan yoxdur. Biz heç də həmişə düzgün davranmırıq. Bəzən bir-birimizi sözlər və hərəkətlərimizlə incidirik. Keçmişi silə bilmirik. Yalnız təqsirimizi etiraf edə, üzr istəyə və buna bənzər səhvləri gələcəkdə etməyə bilərik. Əgər arvadımın qarşısında təqsirkaramsa, ona vurduğum yaranı yüngülləşdirə bilmərəm. Həyat yoldaşım məni incidərsə, sonra peşman olub bağışlanma diləsə, mənim ittiham etmək və ya bağışlamaq üçün seçimim var. Əgər onu ittiham edib əvəzini vermək və ya onu cəzalandırmaq istəsəm, onda mən hakim, o isə cinayətkar olar. Belə olan halda bizim aramızda yaxınlıq qeyri-mümkündür. Amma bağışlasam, yaxın münasibətlər bərpa oluna bilər. Bağışlamaq — məhəbbətin yoludur.



Bir-birimizi qarşılıqlı başa düşmək istəyiriksə,

Onda biz qarşı tərəfin arzularını bilməliyik.

Bir-birimizi sevmək istəyiriksə, qarşı cinsin

Nə istədiyini mütləq bilməliyik.

Maraqlıdır, əksər insanlar bu günü dünəndən ayıra bilmirlər. Onlar inadla ötən gündəki səhvləri xatırlayıb yeni gözəl günü korlayırlar. «Mənə necə qıydın? Axı necə? Bunu heç vaxt unutmayacağam. Məni necə incitdiyini heç ağlına belə gətirə bilməzsən. Üstəlik, burada rahat-rahat oturursan. Sən diz üstə məndən üzr istəməlisən! Bilmirəm, etdiklərini bağışlaya biləcəyəmmi?» Bu ifadələrdə sevgi yox, ağrı-acı, böyük narazılıq, intiqam səslənir.

Qoy keçmişdə olan səhvlər geridə qalsın. Bu, edəcəyimiz ən yaxşı yoldur. Bəli, səhvlər olub. Ürək yaralanıb. Bəlkə indiyə qədər yara qalıb. Ancaq bizi incidən şəxs səhvini başa düşərək bizdən üzr istəyib. Biz keçmişi silə bilməsək də, onu olduğu kimi qəbul edə bilərik. Keçmişdəki səhvlərimizdən azad olaraq bugünkü gündə yaşaya bilərik. Bağışlamaq — duyğu deyil, bu, seçim və öhdəçilikdir. Şəfqət göstərməyə və kin saxlamamağa biz özümüz qərar veririk. Bağışlama ilə biz sevgi bəxş edirik. «Mən səni sevir və bağışlamaq istəyirəm. Qəlbim ağrısa da, baş verənlərin aramızda sədd olmasına imkan verməyəcəyəm. Ümid edirəm ki, hər ikimiz özümüz üçün bir dərs aldıq. Sən səhv etdin. Amma mən nikahımızı səhv hesab etmirəm. Sən mənim həyat yoldaşımsan, biz birlikdə yaşamağa davam etməliyik». Bu ifadələr xoş sözlər dialektində ruhlandırıcı vasitələrdir.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin