İmam Hüseynin (ə) Aşura gecəsi namazı
Şəhidlər ağası (ə) Aşura gecəsi Əbul Fəzlə (ə) buyurdu:
«Bu qövmə de, bu gecə Aşuradır. Mənə möhlət versinlər, çünki
Allah-Təala bilir ki, إِنِّي أُحِبُّ الصَّلَوةَ (Mən Allah rizası üçün namazı sevirəm) Namaz mənim məhbubumdur. Mən namazı sevirəm və istəyirəm ki, dostumla vidalaşam. (Həzrət Abbas (ə) Ömər Sədin qoşununun ona dediyini qardaşı İmam Hüseynin (ə) xidmətinə yetirdi.) İmam Hüseyn buyurdu:
«Get onlara de ki, bu gecəni səhərə kimi möhlət versinlər»
نُصَلِّي لِرَبِّنَا اللَّيْلَةِ وَ نَدْعُوهُ وَ نَسْتَغْفِرُهُ فَهُوَ يَعْلَمُ أَنِّي أُحِبُّ
الصَّلَوةَ وَ تِلَاوَةَ كِتَابِهِ وَ كَثْرَةَ الدُّعَاءِ وَ الْإِسْتِغْفَارِ
«Qoy bu gecə Allah dərgahında münacat edək, dua oxuyaq və istiğfar edək. Həqiqətən Allah bilir ki, mən namaz qılmağı, Quran oxumağı, çoxlu dua və istiğfar etməyi sevirəm».2
Dostları ilə paylaş: |