Camaatın ən abidi Fatiməyi Zəhra (s.ə.)
Həzrəti Fatimə (ə) da atası və əri kimi camaatın ən abidi idi, o qədər aşiqanə və yorulmadan ibadət edirdi ki, yüksək məqamlı atası kimi mübarək ayaqları şişərdi.3
مَا كَانَتْ فِي هَذِهِ الْأُمَّةِ أَعْبَدَ مِنْ فَاطِمَةَ كَانَتْ تَقُومُ حَتَّى تَوَرَّمَ قَدَمَاهَا
İmam Həsən (ə) buyurur:
«Bir gecə anamı gördüm ki, fəcr tülu edənə kimi ibadətə məşğul idi».1
Zeynəb (ə) və gecə namazı
İmam Səccad (ə) buyurur:
مَا تَرَكَتْ تَهَجَّدُهَا لِلهِ طُولَ دَهْرِهَا حَتَّى لَيْلَةَ الْحَادِيَ عَشَرَ مِنَ
الْمُحَرَّمِ
«Zeynəbi Kubra (ə) ömründə heç vaxt gecə namazını tərk etmədi. Hətta Məhərrəmin on birinci gecəsi (Aşuranın şamı) müsibətinin böyüklüyünə və əzizlərinin matəminə qərq olmasına baxmayaraq gecə namazını qıldı».2
İmam (ə) yenə buyurur:
«Zeynəb Şam yolu boyu heç vaxt gecə namazını tərk etmədi və bütün müsibət və giriftarçılıqla birlikdə onu vaxtında yerinə yetirirdi. Bir gecə gördüm ki, bibim oturan halda namaz qılır. Bu mənim üçün görünməmiş bir iş idi. Səbəbini soruşdum, dedi: Üç gündür ki, ac olduğuma görə zəifliyə düçar olmuşam».3
Dostları ilə paylaş: |