Dünya və axirət gecə namazında
Əllamə Təbatəbai deyir: «Elə ki, təhsil almaq üçün Nəcəfül Əşrəfə müşərrəf oldum qohumluq nöqteyi nəzərindən hərdən bir mərhum Qazinin2 ziyarətinə gedirdim. Bir gün də bir mədrəsənin qapısının yanında durmuşdum. Mərhum Qazi oradan keçirdi. Mənə çatanda əlini çiynimə qoyub dedi:
«Ey oğul, dünya istəyirsən, gecə namazı qıl, axirət istəyirsən,gecə namazı qıl».3
Ağa Nəcəfi Quçaninin (r.ə) gecə namazı
Mərhum Ağa Nəcəfi Quçani (r.ə) İsfahanda keçirdiyi tələbəlik dövrünün macəraları barəsində yazır: «Dostumun qaldığı hücrə ilə mənim otağımın divarlarə bir-birinə yapışmışdı, taxçanın ortasında deşmişdik və oradan bir ip çəkmişdik. İpin ucu dostumun otağında idi, bir ucu da mənim hücrəmdə. Yatan zaman ipin o ucunu dostum əlinə və yaxud ayağına bağlayırdı, bu ucunu da mən bağlayırdım ki, səhər bizdən ən tez yuxudan oyanan digərini səs salmadan ipin vasitəsi ilə yuxudan oyatsın. Məbada bir tələbə bizim səsimizdən oyanıb narazı olmasın».1
Dostları ilə paylaş: |