Çölün ortasında suyun cari olması Yəzdi İmam cüməsi Şəhid Mehrab Mərhum Ayətulla Səduqi deyir: «Biz İmamla səfərlər etmişik. Məşhəd səfərində olanda bizə ata kimi bir əxlaq bağışladı. Müqəddəs yerdən qayıdanda yolun ortasında ruslar yoxlanış aparmaq üçün maşının qabağını kəsdilər. (O zaman İranın bəzi yerləri Sovetlərin, Amerikanın və İngiltərənin nəzarəti altında idi) Hamımız maşından düşdük. İmam həmişə gecə namazı qıldığına və əməli heç vaxt tərk etmədiyinə görə maşından düşəndən sonra istədi gecə namazını qılsın, ancaq çölün ortası olduğuna görə su yox idi. Bir də baxdıq ki, bir yerdən su axır, o da qollarını çırmaladı və dəstəmaz aldı. Amma biz anlaya bilmədik ki, İmam namazı qurtana kimi su var idi, yoxsa yox. Hər halda biz o səfərdə ondan belə bir kəramət gördük».2