O gün olsun bir göy bayraq Turan üstə alışsın. Tədbirin bu yerində şəhər beş saylı müsiqi məktəbinin muğam şöbəsinin şagirdi Əli Əsgərovun ifasında “Azərbaycan”mahnısını dinləyək.
Aparıcı:
"Bir kərə yüksələn bayraq,bir daha enməz!" bu cümlə hər bir Azərbaycanlıya tanışdır. Bu fikir istər xalqımız, istərsə də milli dövlətçilik məfkurəmiz üçün bir mayak rolunu oynamışdır. Dünyanın hər bir yanına səpələnmiş azərbaycanlılar bu kalamı duyduqda şübhəsiz ki, ilk növbədə M.Ə. Rəsulzadəni və Azərbaycan milli bayrağını xatırlayırlar.