I Oxucu:
Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan – mayası nur,
qayası nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” - deyiləndə ayağa dur ki,
Füzülinin ürəyinə toxuna bilər.
Aparıci:
İndi qonaqlardan birinə söz verək.
Aparıcı:
Azərbaycan Xalq Cümhuriyyətinin çox gərgin, çətin ictimai-siyasi şəraitdə 23 ay müddət yaşamasına baxmayaraq nəsillərin yaddaşında tariximizin ən parlaq səhifəsi kimi qalacaqdır.
Onu da qeyd etməliyik ki, 1991 ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Amma yenə də əldə edilən bu nailiyyətlər asanlıqla başa gəlmədi. Azadlıq yüzlərlə, minlərlə qurbanlar bahasına əldə olundu. Müstəqilliyimizin ilk illərində xalqımız çox ağır məşəqqətli illər yaşadı. Vətənimizdə gedən müharibə minlərlə vətəndaşımızın yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuşdur.
I Oxucu:
Müstəqillik bayramım,
Dalğalanan bayrağım,
Erməniyə elə dağ çək,
Daşnakları sən dara çək,
Qoy qalmasın məndə bir pək!
Yubileyin yubansa da,
Azərbaycan torpağında,
Yerdə - göydə, səmasında
Haqq, ədalət zəfər çalsın,
Səhərlərə sülh tumu ək.
Dərd – azar səndən qaçsın,
Sevincin aşsın – daşsın,
Xalqın xoşbəxt yaşasın.
Aparıcı:
Musiqiçilərin ifasında “Qarabağ” mahnısını dinləyək.
Aparıcı:
Məmməd Əmin Rəsulzadə son nəfəsinə qədər Azərbaycan istiqlalının yenidən doğacağına inamını itirmədi. Böyük fədainin azadlıq arzuları gec də olsa həqiqətə çevrildi. İyirminci yüzilliyin
əvvəllərində yazıb-yaradan ziyalılarımızın böyük əksəriyyəti xalqı maarifləndirmək, milli azadlığına qovuşdurmaq kimi müqəddəs idealogiyanı həyata keçirmək üçün çox çətinliklərə sinə gərməklə istəklərinə nail olaraq ölkədə azad, demokratik dövlətin əsasını qoydular. Ona görə də illər, əsrlər keçsə də onların bu böyük xidmətləri, mübarizələri Azərbaycan xalqı tərəfindən unudulmur, əksinə böyük ehtiramla, xoş duyğularla yad edilir.
|
Dostları ilə paylaş: |