Aprobasiyası və tətbiqi. Tədqiqatın əsas məzmunu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi ölkədaxili və xaricdə nəşr olunan elmi məcmuələrdə, beynəlxalq və respublika səviyyəli elmi konfransların toplularında dərc olunmuş 17 məqalə və tezis şəklində yer almışdır.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsində yerinə yetirilmişdir.
Dissertasiya işinin quruluşu. Dissertasiya işi giriş, 3 fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat və ixtisarların siyahısından ibarətdir. Giriş 6 səhifə, I fəsil 36 səhifə, II fəsil 59 səhifə, III fəsil 42 səhifə, nəticə 4 səhifə, istifadə edilmiş ədəbiyyat 13 səhifə, ixtisarların siyahısı 1 səhifədir. Dissertasiya işi ümumilikdə 163 səhifə, 282,074 işarədən ibarətdir.
I FƏSİL
MƏHƏMMƏD HÜSEYN TƏBRİZİNİN “BÜRHANİ-QATE” LÜĞƏTİ KLASSİK FARS LEKSİKOQRAFİYASININ DƏYƏRLİ NÜMUNƏSİ KİMİ
Dostları ilə paylaş: |