MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR



Yüklə 233 Kb.
səhifə5/13
tarix05.01.2022
ölçüsü233 Kb.
#111776
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   13
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi XVII əsr klassik fars leksikoqrafiyasının dəyərli nümunələrindən olan “Bürhani-qate” lüğətində işlənmiş onomastik vahidlərin elmi təhlilidir. Lüğətdəki xüsusi adlar onomastik vahidləri daha geniş əhatə edən bölgü üzrə qruplaşdırılmışdır. Həmçinin lüğətdəki xüsusi adların əksəriyyətinin ifadə etdiyi məna çalarları, bundan irəli gələrək onların müxtəlif onomastik vahidləri əhatə etməsi bəzi hallarda, əsas onomastik bölgüdən başqa, daxili qrupların yaranmasına səbəb olmuşdur. Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:

  • Ərəb leksikoqrafiyasından qaynaqlanan fars lüğətçiliyinin Hindistanda geniş vüsət alması və onun inkişaf səbəblərinin müəyyən edilməsi;

  • “Bürhani-qate” lüğətinin XVII əsr klassik fars leksikoqrafiyasının dəyərli nümunələrindən biri kimi qiymətləndirilməsi, onun fars leksikoqrafiyasının inkişafında rolunun müəyyən edilməsi;

  • Lüğətdəki xüsusi adların onomastik bölgü üzrə qruplaşdırlması, onomastik vahidlər sistemində ilk yerdə qərarlaşan antroponimlərin “əsas adlar” və “köməkçi adlar” kimi antroponimik kateqoriyalar üzrə müəyyən edilməsi;

  • “Bürhani-qate” lüğətində toplanmış külli miqdarda antroponimlərin “əsas adlar” kateqoriyasına daxil olan şəxs adlarının bir qisminin ifadə etdikləri vahid mənaya görə dörd qrup əsasında təsnifatlandırılması;

  • Antroponimlərin “əsas adlar” və “köməkçi adlar” üzrə fars şəxs adları sisteminin, eləcə də müəyyən bir qisminin Azərbaycan dilinin şəxs adları sırasının zənginləşməsindəki rolunun müəyyən edilməsi;

  • Lüğətdəki türkmənşəli antroponimlərin təhlili və onların fars şəxs adları sırasının genişlənməsində yerinin ortaya qoyulması;

  • Lüğətdəki digər xüsusi adların qəbul olunmuş onomastik bölgü üzrə toponimlər, hidronimlər, etnonimlər, zoonimlər və ktematonimlər şəklində qruplaşdırılması.


Yüklə 233 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin