Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə100/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   96   97   98   99   100   101   102   103   ...   151

TOVUZUMDADI

Gəlin seyr eyləyin bizim mahalı,

Dağların səfası Tovuzumdadı.

Papaqlar içində başlar bahalı,

Babalar qafası Tovuzumdadı.
Dədə ozanların səsi,nəfəsi,

Danəndə deyimi,dürlü kəlməsi.

Gələnin,görənin gəlir həvəsi,

Zəhmətin cəfası Tovuzumdadı.


Vüqarla baxılır insan gözünə,

Nə var dik deyilir sözü üzünə.

Baxın dədələrin çəlhim,izinə,

İlqarı,vəfası Tovuzumdadı.


Əl çatmaz dağları əzəmətlidi,

Bar verən bağları bərəkətlidi.

Canlısı,sağları hərəkətlidi,

Anamın anası Tovuzumdadı.


Səxalı kəsləri sayıyla çoxdu,

Çörəyiylə çoxdu,çayıyla çoxdu.

Hatəmə tay olan payıyla çoxdu,

Könüllər xanası Tovuzumdadı.


Müqəddəs seyidi övliyası var,

Əlçatmaz,ünyetməz böyük ası var.

Haqqa qul olmağa təmənnası var,

Ürəklər aynası Tovuzumdadı.
Alimi,arifi,ziyalısı çox....

Sağlam əqidəli,amallısı çox...

Haqq deyib əzilən zavallısı çox...

Həqiqət binası Tovuzumdadı.


Bu məkanda aşiq oldum,saz aldım,

Cuşa gəlidim pərdə-pərdə ucaldım.

Məhərrəməm vaxt-vədəsiz qocaldım,

Könlümün şəfası Tovuzumdadı.



QARABAĞ
Dünyanın gözüdü, könlümün sözü,

Tariximin sorağıdı Qarabağ.

Uluların,dahilərin nur gözü,

Sönməz olan çırağıdı Qarabağ.


Bu məskənı babalarmız bəyəndi,

Fikirləri-zikirləri bəyandı.

Məkanlar içində cənnətməkandı,

Yazılmayan varağıdı Qarabağ.


Havası,torpağı,suyu dərmandı,

Haqq verdiyi həm əmrdi, fərmandı.

Zirvələri çox səfalı ormandı,

Qədim türkün oylağıdı Qarabağ.


Kim unudar tarixini, nəslini,

Danan olmaz əcdadını, əslini.

Seyr elədim ilin bu dörd fəslini,

Yağ, balıdı, qaymağıdı Qarabağ.
Kimləri düşünüb, kimi anıram,

Qəmlənib alovsuz odsuz yanıram.

Gör kimdən zərbələr alıb sınıram,

Damağımda dad, ağıdı Qarabağ.


Çağırıram əlim, ünüm yetişmir,

Yaralarım didim-didim, bitişmir.

Qəza qədər başımızdan ötüşmür,

İstəyimiz bayağıdı, Qarabağ.


Neçə dahiləri yetirən sənsən,

Mənzildən mənzilə ötürən sənsən.

İnsanı zirvəyə yetirən sənsən,

Dahilərin bayrağıdı Qarabağ.


Kimlər oldu yaddaşlardan silinməz,

Xatirəsi dil-dodaqda çözülməz.

Qoca dünya sehrləri bilinməz,

Ruhumuzun qalığıdı Qarabağ.


Burda hörməti var sazın, kamanın,

Tar dil açır məclisində qananın.

Mir Möhsün Nəvvabla o Natavanın,

Aşıq Valeh mayağıdı, Qarabağ.


Ustaddı Nəcəf bəy Vəzirovumuz,

Yoxdu bu dünyada can girovumuz.

Yaşa Yusif Vəzir Çəmənzəminlimiz

Kəsərli söz orağıdı Qarabağ.


Üzeyrim, Bülbülüm, Niyazim dağdı,

Seyid, Cabbar, Zülfü ruhən sağdı.

Xan, Yaqub,İslamın yerləri bağdı,

Qədirimin qılığıdı Qarabağ.


Mütəllim, Şahmalı, bir də Əbülfət,

Keçəçi oğlu, Sara, Arif, Səxavət,

Şahinlə, Mənsuma eylədim heyrət,

Səs mülkünün oylağıdı Qarabağ.


Aşq Taleh, Xaspoladdı Gülablı,

Abdal Qasım məzəsiylə savablı.

Qurban tarla, Xosrov sazla cavablı,

Ozanların sol-sağıdı Qarabağ.


Fikrətin bəstəsi, Rəşidin səsi,

Dünyanı bəzədi odlu nəfəsi.

Əbülfət, İslamın zil şikəstəsi,

Lap Koroğlu sayağıdı Qarabağ.


Süleyman Saniylə, Qasım bəy Zakir,

Bayram Bayramov da dərinə çəkir.

Şahmar, Çingiz, Aqil etsə də fikir

Söz əhlinin sağlığıdı Qarabağ.


Seyid Lazım, Füqara ağa and yeri,

Müqəddəs sayılır illərdən bəri.

Möcüzkar babalar dillər əzbəri,

İnamlının sorağıdı Qarabağ.


Yaddaşdan silinməz Pənahəli xan ,

Hanı İbrahimxəlil,Mehdiqulu xan,

Vaqifi unutdu gözəl Xuraman,

Dayaqlının dayağıdı Qarabağ.


Xudu Məmmədovla, Rafiq Əliyev,

Validə xanımla Telman Əliyev.

Elimin Fərahadın Şirin kimi sev.

Elmimizin fərağıdı Qarabağ.


Əfsanəvi qəhrəmandı Sultan bəy,

Atası Paşadı, qardaş Xosrov bəy,

Amandı , ey fələk, qəlbimə az dəy,

Məhərrəmə qucağıdı Qarabağ.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin