Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə112/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   108   109   110   111   112   113   114   115   ...   151

KİŞİ

Zaman gələr, sinilərsən,

Onu-bunu söyən kişi.

Acı-acı dinilərsən,

Sinəsinə döyən kişi.
Öymə axmağı, alçağı,

Etmə yalandan qılığı,

Başında qanın çanağı,

Düzü görüb, əyən kişi.


Tanı dədəni-babanı,

Fironluq edənlər hanı.

Məhərrəmi düzgün tanı,

A son sözü bəyan kişi


OLMUŞAM


(Ömrümün 50-ci baharıyla

şəkər xəstəliyi qoşa gəldi)
Allah deyib, haqq yolunda,

Baş əyib, çökər olmuşam.

Dərdlilərin sağ-solunda,

Onlardan betər olmuşam.


Öz andımı danmayaraq,

Günahkara yanmayaraq,

Sənətimdə olub mayaq,

Cəfasın çəkər olmuşam.


Bildirərək diləyimi,

Arzu dolu ürəyimi,

Halal yeyib çörəyimi,

Tanrıya nökər olmuşam.


Danılmazdı şair adım,

Pərvazlanıb qol-qanadım.

Haraya- hoya yarıdım,

Hoylara yetər olmuşam.


Unutmayıb uluları,

Söz ustadı,hər dildarı.

Əziz tutub dostu-yarı,

Saz-sözə şakər olmuşam.

Ağardı saqqalım,başım,

Əlli oldu indi yaşım.

Qəmləndi yarım, yoldaşım,

Balaca ”şəkər” olmuşam.


Məhərrəməm, hələ varam,

Təmiz vicdan, düz ilqaram.

O tanrıdan olur çaram,

Tanrıya nökər olmuşam.

DAHA
Səni çoxlu sınamışam,

Tutma məni dilə daha.

Öz-özümü qınamışam,

Özüm bilə-bilə daha.


Darda, hoya yetməyirsən.

Haqq yolunu getməyirsən,

Söz verirsən, etməyirsən,

Vədən çatıb ilə daha.


Ötürürsən öz işini,

Aldadırsan lələşini.

Məhərrəm kimi kişini,

Fırlamaynan belə daha.




MƏN SEVDİYİM

Ürəyində haqq sevgisi,

Olanlardı mən sevdiyim.

Sinəsinə dürr kəlməsi,

Dolanlardı mən sevdiyim.
Dərddən əhli-hal olandı,

Zəhmətində bal olandı,

Sazıyla Salsal olandı,

Çalanlardı mən sevdiyim.

Sayılaraq böyük dayaq,

Məhərrəmi düzgün duyaq,

Kişi ömrü yaşayaraq,

Qalanlardı mən sevdiyim.




BİLMİRİK

Yağılara əsir düşən,

Vətəni ala bilmirik.

Görünürük kədərsiz, şən,

Ağlayıb, dola bilmirik.
Yeməmişdən udqunuruq,

Düzə qoşuruq şunquruq.

Qəşş edərək uğunuruq,

Düzəngah,tala bilmirik.


Hədəqəni aşıb dərdlər,

Adiləşib adı mərdlər.

Görünmür ağıllı fərdlər,

Xəyala dala bilmirik.


Əldən çıxanı almadıq,

Unudub yada salmadıq.

Cəngini zildə çalmadıq,

Babayla bala bilmirik.


Qalmışıq meyli dollarda,

Qəsrlərdə, zallarda.

Gəzirik qeyri-hallarda,

Saç-saqqal yola bilmirik.


Pişiyə döndərib şiri,

Cızırıq addımı iri.

Boş edirik hay-həşiri,

Qazıntı, çala bilmirik.
Dinlə aşıq Məhərrəmi,

Çoxalıbdı ndərdi-qəmi.

Çalıb inlədir ”Dilqəm”i,

“Cəngi”ni çala bilmirik.




BƏRƏKALLAH

O tanrıya bağlı olan,

Ünsiyyətə bərəkallah.

Sözüylə soraqlı olan,

Xoş niyyətə bərəkallah.
Arzuların qanadında,

Ləkə olmaya adında.

Nəsiliylə övladında,

Ləyaqətə bərəkallah.


Məhərrəm sevir sənəti,

Salıb qəlbə məhəbbəti.

Üstün tutan həqiqəti,

Cəsarətə bərəkallah.




ELƏMƏSƏN, ELƏMƏZLƏR

Yaxşı olub yaxşılığı,

Eləməsən, eləməzlər.

Dost-qardaşa haqq dayağı,

Diləməsən, diləməzlər.

Düşün, danış sözlərini,

Taqətli et dizlərini.

Tox eyləsən gözlərini,

Ağılına, güləmməzlər.
Məhərrəmtək çağlagınan,

Yad yaltağı dağlagınan.

Başı baştək saxlagınan,

Yoxsa səni biləmməzlər.




MƏMMƏD SÖZLƏ KOROĞLUDU

(Şair Məmməd İsmayılın

70 illiyi münasibətiylə)

Qoç Koroğlu qılıncından,

Məmməd sözlə Koroğludu.

Kəsərlidi, çıxsa qından,

Doğru-düzlə Koroğludu.
Bir tanrıdan qorxusu var,

Məmməd adda çoxusu var.

Onun ətri, qoxusu var,

Cığır,iznən Koroğludu.


Dədələrin yolundadı,

Mələklər sağ-solundadı.

Sözün dərya bolundadı,

Sərraf gözlə Koroğludu.


Məmməd aranlı, dağlıdı

Əzəmətli turanlıdı.

Yağılar ilə qanlıdı,

Qamət,dizlə Koroğludu.


Alimlikdə bir alimdi,

Ad sanında bir aləmdi.

Qürbətdə qəmli qələmdi,

Dözümüylə Koroğludu.


Mürşüd oğlu, qurd oğludu,

Vətən,torpaq, yurd oğludu.

Məhərrəməm, mərd oğludu

Özülüylə Koroğludu.



KEÇİBDİ

(Gəncliyini gicliyinə



qurban verənin birinə).
O gəncliyin havasıyla,

Dillənən vaxtın keçibdi.

Dərdə çarə, dəvasıyla,

Bəllənən vaxtın keçibdi.


Həyatı sandın əyləncə,

Nəfsinlə döndün iyrəncə.

Yekəsən başla,bədəncə,

Kəllənən vaxtın keçibdi.


Yerə-göyə sığışmırdın.

Öz-özünə yığışmırdın.

Yaxşılıqla barışmırdın,

Sellənən vaxtın keçibdi.


Bildirirdin bicliyini,

Zatı qırıq gicliyini,

Bada verib gəncliyini,

Təllənən vaxtın keçibdi.


Odun sönüb, fərəhsizsən,

Dostun yoxdu, tərəfsizsən.

Urvatsızsan,çörəksizsən,

Küllənən vaxtın keçibdi.


Gəl indi seç dağ-dərəni,

Beynində bil duman, çəni.

Məhərrəməm, tanı məni,

Yellənən vaxtın keçibdi.




OĞLAN

Yaddan sənə qardaş olmaz,

Qardaşını atan oğlan.

Sirr saxlayan, sirdaş olmaz,

Sirdaşını satan oğlan.
Gözdən salma ər kişini,

Kişi sanma hər kişini.

Tanı yekəpər kişini,

Odur sənin atan, oğlan.


Tökmə gözlərdə didəni,

Dəyişməynən əqidəni.

Zibilnən doldur mədəni,

Sonu gəlib çatan oğlan.


Guya hər an fikirlisən,

Nə kinlisən, məkirlisən.

Sən dədəndən şükürlüsən,

Hər yetənə atan oğlan.


Eldə adın çalasıdı,

Könlün viran qalasıdı.

Cəhənnəmlik olasıdı,

Canı cana qıtan oğlan.
Gözlə qəza gəlişini,

Heç eyləyər hər işini.

Kəsər yerdən yerişini,

Oyanacaq yatan, oğlan.


Düşün, dərk et Məhərrəmi,

Fağırların hicran, qəmi.

Qəlbində yox haqq kərəmi,

Ortalıqda bitən oğlan.




YALANSANMIŞ

Ай достуна гуйу газан,

Филан оьлу филансанмыш.

Йалгузактяк йолун азан,

Шащмар кими чалансанмыш.
Эоп данышан кяллядян бош,

Баш йериня чийниндя даш.

Сяня бирди, безля гумаш,

Чякилмяз дярд олаnсанмыш.


Доланырсан щейвансайаг,

Эядалары саныб дайаг.

Ичин чиркаб, цзцн бойаг,

Юмрц дярдя салансанмыш.


Яля бахыб даданыбсан,

Ня гызарыб утаныбсан.

Ня бир ганыб, гандырыбсан,

Йалан оьлу йалансанмыш.
Мящяррямя гурдун тяля,

Бир эцн салар сяни селя.

Мян лазымам халга, еля,

Сян ürəyə талансанмыш.




ТАНЫЙЫРАM
Йеришиндян, дурушундан,

Аьсаггалы таныйырам.

Əhvalımı сорушундан,

Пцр камалы таныйырам.


Сюз сяррафы, дярд гананы,

Дамарында Тürкцн ганы.

Инсанлыгда ханлар ханы,

Зяр бащалы таныйырам.


Инъя мятлябляр щюряни,

Мящяррями дцз эюряни.

Зящмятя синя эяряни,

Мян щяйалы таныйырам.



ЮЗЭЯЛЯШИБ
Юзэясиня вуруланын,

Юзцнцнкц юзэяляшиб.

Юзэялярдя дуруланын,

Юзцнцнкц эюзялляшиб.

О газаныр, бу даьыдыр,

О шякярдир, бу аьыдыр.

Чаласылар булаьыдыр,

Юзц юзэяйя юзяляшшиб.


О да эедир, бу да эедир,

О да едир, бу да едир.

Ай Мящяррям, бяс бу нядир?

Бу йазыглар əcəlləшiб.




ПАРАЛАНЫБ

Чох бцтювляр, нашы ялдя,

Tən ortadan параланыб.

Чох кцрякляр фитня-фелдя,

Bilərəkdən йараланыб.
Юлцм бахмыр вара-йоха,

İnsan sazan, torpaq laxa.

Köç edirik баха-баха,

Ъясядимиз сыраланыб.


Мящяррями ахтар, ара,

Özünü çox salma zoра.

Чалыш дцшмя юзэя тора,

Демя, достлар араланыб.




BİLMİR
Hər saz çalan, şeir yazan,

Unudulmaz ola bilmir.

Öz-özünü sanan ozan,

Qorqud kimi qala bilmir.

Hər cəfənglər könül açmaz,

Şimşək olub, işıq saçmaz.

Könlü səmalarda uçmaz,

Boşalıban dola bilmir.


Hər kəs kökdən qurulammaz,

Saf su sayaq durulammaz.

Məhərrəmtək sorulammaz,

Cuşa gəlib, çala bilməz.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin