Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə113/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   109   110   111   112   113   114   115   116   ...   151

GƏLDİ, GETDİ

Сазын-сюзцн тяравяти,

Якбяр иля эялди, эетди.

Сянятимин шащ гцдряти,

Якбяр иля эялди, эетди.
Асиманы тутду сяси,

Бцлбцл кими ъящ-ъящяси.

Охумаг ешги, щявяси,

Якбяр иля эялди, эетди.


Гоч Короьлу няряси дя,

Дялилярин эур сяси дя.

Ясяд, Мирзя няфяси дя,

Якбяр иля эялди, эетди.


Шяхсиййятин ляйагяти,

Цряклярин щяраряти.

Ашыглыьын ъясаряти,

Якбяр иля эялди, эетди.


Гара эялсин бу дцнйаны,

Мящяррям, де Якбяр щаны.

Сазын, сюзцн шащ хаганы,

Якбяр иля эялди, эетди.


SAZIN , SÖZÜN ADAMLARI

Möcüzədi, əl çatmazdı,

Sazın, sözün adamları.

Xoş duyğudu, xoş avazdı,

Sazın, sözün adamları.
Coşduruban, coşurlar,

Gözəlliklə barışırlar.

Yaradaraq yarışırlar,

Sazın, sözün adamları.


Gah sevinib, güldürürlər,

Ürəkləri dindirirlər.

Gah qaldırıb, endirirlər,

Sazn, sözün adamları.


Tanrımızdan sərvətlidir,

İnsaflıdır, mürvətlidir.

Qanacaqlı, mərfətlidir,

Sazın, sözün adamları.


Böyük hikmət bulağıdır,

Eşqin ziya çırağıdır.

Türk oğlunun yarağıdır,

Sazın, sözün adamları.


Olurlar tanrı adamı,

Qəlbən sevir onu hamı.

Dilində haqqın kəlamı,

Sazın, sözün adamları.
Zaman üstə köklənirlər,

Sazla,s özlə təklənirlər.

Haqqa doğru diklənirlər,

Sazın,sözün adamları.


Babaları yad edirlər,

Ruhları şad edirlər.

Könüllər abad edirlər,

Sazın,sözün adamları.


Saflaşırlar, durulurlar,

Ürəklərə burulurlar.

Min illərlə sorulurlar,

Sazın, sözün adamları.


Saz adamı, saz olurlar,

Məhərrəmtək az olurlar.

Şirin, xoş avaz olurlar,

Sazın,sözün adamları.




KiÇİLMİR DOSTLAR, KİÇİLMİR

Badə çox vaxt kefə görə,

İçilmir, dostlar, içilmir.

Dərdimiz dönüb əzbərə,

Kiçilmir, dostlar, kiçilmir.

Vurun, düzəlsin başımız,

Vərəqlənsin yaddaşımız.

Düşmənimiz, sirdaşımız,

Seçilmir, dostlar, seçilmir.
Sinəmiz çarpaz dağlanıb,

Başlara qara bağlanıb.

Qarabağa yol bağlanıb,

Keçilmir,dostlar,keçilmir.


Kefdən doğubdu məhvimiz,

Tanrıdan olar əhvimiz.

Məhərrəməm, çox səhvimiz,

Ölçülmür,dostlar,ölçülmür.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin