BİL
Bu qoca dünyada kim olursan ol,
Vaxt,vədə çatanda getməlisən,bil.
Var dövət nə qədər olsa səndə bol,
Əzrail gələndə əsməlisən ,bil.
Dünyada kef edib damaq şad olsa,
Adına qoşulmuş fəxri ad olsa.
Yüz nazu-nemətdən damaq dad olsa,
O son mənzilinə yetməlisən,bil.
Nə etmisən haq-talaya əyandı,
O verdiyi heç qaçılmaz fərmandı.
Könül açmaq dərdlilərə dərmandı,
Gül olub orada bitməlisən ,bil.
Dünyada qazancdı rəhmət,lənət,
Çalış ay Məhərrəm eyləmə qələt.
Bir də qalacaqdır sənətkar,sənət,
Şərtini yerində kəsməlisən ,bil.
Dostları ilə paylaş: |