Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə136/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   132   133   134   135   136   137   138   139   ...   151

AY TAHİR


(Eloğlum Tahir Əmiraslanova)
Var ol, varlığınla sevindir bizi,

Özünü özgəyə qatma, ay Tahir.

Eşqin xatırladır yer, göy, dənizi,

Sevinc, səxavəti qıtma, ay Tahir.


Qeyrətdi, hörmətdi işin,əməlin,

Zəhmətdi,zəkadı əsas təməlin.

Göylərə ucalıb hünərvar əlin,

Dost tanı, düşmanı tutma, ay Tahir.


Haqq sözün doğmadı qohum qardaşa,

Dünya pəncərədi, ömür tamaşa.

Yaz, yarat, seç, ara, mənalı yaşa,

Gecəni gündüzə qatma, ay Tahir.


Qovlar məskanındı Tovuz mahalın,

Sözündən bəlləndi arzu, amalın.

Dərin bir dəryadı sənin kamalın,

Gövhəri nadana satma, ay Tahir.

Daxilin görünür durudan duru,

Adamı məst edir üzünün nuru.

Bircə tülkülərdən özünü qoru,

Haqq sözümü heç unutma, ay Tahir.


Məhərrəməm, adın, sanın şöhrətli,

Əzəlindən ibrətlisən, ibrətli.

Sayılırsan sayılana qüdrətli,

Seviləni silib atma, ay Tahir.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin