Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə140/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   136   137   138   139   140   141   142   143   ...   151
ATADAN ÖVLADA VƏSİYYƏT
AY BALA

(Oğlum Rəhim Hüseynliyə)
-1-
Sənin xoş günündə, xoş saatında,

Coşub telli sazı çalım, ay bala.

Büdrəmə heç zaman murad atında,

Şəkərin , noğulum, balım, ay bala.


Zəkanın nuruyla zirvədə dayan,

Haqqın kəlamıdı gün kimi əyan.

Çalış ki, olasan sayılan,sayan,

Yüksəlsin əhvalım, halım, ay bala.


Səndən pay umandan kəsmə əlini,

Şirin et, nə desən şəkər dilini.

Qoru vətənini, qoru elini,

Sənə qurban cah-cəlalım, ay bala.


Bismillahla başla hər bir işini,

Tanı əməlindən hər bir kişini.

Gəl atana bənzət öz yerişini,

Fəxr eləyib ləzzət alım, ay bala.
Ürəklərə zəhmətinlə yol eylə,

Toxluğunu göz, könlündə bol eylə.

Məhərrəmi işlərindən hal eylə,

Özcə gəncliyimə dalım, ay bala.

BALA

(Oğlum Rəhim Hüseynliyə)
-2-
Düşünüb,daşınıb,dərk eylə,dayan,

Qəzaya,qəhərə gəlməmiş, bala.

Dünyada nə etsən, tanrıya əyan,

Güman ki,olmazsan bilməmiş, bala.


Bu vətən sənindir,sev vətəndaşı,

Onun cəfasına olmaynan naşı.

Doğrult ümidləri,sayıl sirdaşı,

Yağılar bizlərə gülməmiş, bala.


Qoy sənə desinlər insan halalı,

Arxalı,səngərli,toplu,qalalı.

Nə çoxdu vətənin cahi-cəlalı,

Arif ol,qiymət qoy,dinməmiş, bala.


Çalış yetərli ol, haraya-hoya,

Ləkə gətirməynən əsilə-soya.

Meyl etmə qan dolu,qəsrə, saraya,

Uzaqlaş hörmətin enməmiş, bala.

Yol yeri inamla,amma uzaq get.

Atan Məhərrəmtək könüllər şad et.

Babanı,nənəni,atanı yad et,

Onların şad ruhu ölməmiş, bala.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin