OLASAN
Bu qoca dünyada yaşamaq üçün,
Ya ağıllı,ya da dəli olasan.
Ya yaltaq,iş verən,sınıb, əyilən,
Ya da qanlar soran zəli olasan.
Ya abrını-ismətini atasan,
Ya yuxuna haramları qatasan.
Ya deyilə xətakarsan,xətasan,
Şər evinin sən özəli olasan.
Duymayasan bu dünyanın işini,
Bilməyəsən üçü,dördü,beşini.
Saxlayasan daş altında leşini,
Fəndgirlərin hiylə,feli olasan.
Deyiləni ötürəsən yanından,
Ağrı-acı uzaq ola canından.
Ya qılınctək sıyrılasan qınından,
Ya bir yolluq oba-elli olasan.
Məhərrəmin nöqsan bilmə sözünü,
Öyrədəsən bir sifətdə yüzünü.
Qocalarsan çox axtarsan düzünü,
Ya mehriban,ya da dilli olasan.
Dostları ilə paylaş: |