Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə25/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   21   22   23   24   25   26   27   28   ...   151

DAHA

Pəsdən daha bezikmişəm,uzağam,

Dil-dil ötür telli sazım,zil daha.

Öz sənəti-söhbətimdə qoçağam,

Ürəyimin dediyini bil daha.
Düz deyibdi dediyini dədələr,

Namərd səni kürəyindən zədələr.

Düşüb gəzir qapı-qapı gədələr,

Əlli yaşı sayılmayır il daha.


Anlamaza yaxşı nədi,pis nədi,

Gönü qalına çiskin nədi,sis nədi.

Duyğusuza anlam nədi,hiss nədi,

Qəm ağlatsa öz gözünü sil daha.


Bu dünyanın qonağının biri sən,

Vaxtın çatsa,yol gedənin birisən.

Sən haqsıza söz deməyib kirisən,

Kimə lazım gəzdirdiyin dil daha?


Məhərrəməm nələr düşdü yadıma,

Allah gəldi,tez yetişdi dadıma.

Şükür olsun yaradanın adına,

İndiyədək bilməmisən,bil daha.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin