Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə40/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   36   37   38   39   40   41   42   43   ...   151

SÖYLƏYİR

Üzü üzlər görən, yaltaq, ikiüzlü,

Gördüyünə görməmişəm söyləyir.

Şər-xəta, boşboğaz, dodağı sözlü,

Dediyinə deməmişəm söyləyir.
Tanınıb sayılır axmaq,gic-gicə,

Fərq etməz özünü aparsa incə.

Ellər qəh-qəh çəkib, gülər gülüncə,

Bildiyinə, bilməmişəm söyləyir.


Müftə maldan yoğunlayıb peysəri,

Tanınıb dolanır axmaq, sərsəri.

Yoxdu öz evində ağız kəsəri.

Sindiyinə sinməmişəm söyləyir.


Beləsi gəzdiyi yaldı, tavaqdı,

Tələdi, tənədi, həm badalaqdı.

Özütək dostları peyvənd, calaqdı,

Girdiyinə girməmişəm söyləyir.


Məhərrəm,beləsi gədadı, gəda,

Onunçün salınmır bir dəfə yada.

Əl tutub baxmayan aha-fəryada,

Güldüyünə gülməmişəm söyləyir.



AŞIQ
Ürəklərin deyəcəyi nə varsa,

Susan deyil deyəcəkdi dil aşıq.

Boşboğaz, davakün, dodağı sözlü,

Bilən deyil qədirini, bil aşıq.


Arzulara, diləklərə yet görək,

Qulluğunu öz xalqına et görək,

Ustadların yol-iziylə get görək,

Köklə sazı, səsin üstə zil aşıq.


Nə deyibsə, düz deyibdi dədələr,

Səni duymaz gəda oğlu gədələr.

Nə gərəkdi sənətkara hədələr,

Kamalınla sayılırsan fil aşıq.


Nanəcibə yaxşı nədi, pis nədi,

Gönü qalına çovğun nədi, sis nədi.

Məhərrəmə bu meydanda sus nədi,

Ömrümüzdən keçir ayla, il, aşıq.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin