A DOSTUM
Dərk eyləyib bu dünyanın işini,
Bilməlisən,bilməlisən, a dostum.
Yaxşı arvad kişi eylər kişini,
Dinməlisən,dinməlisən, a dostum.
Hər zurnanın qaydası var, oynu var,
Adamların danəndəsi, qoynu var.
Yekə başın fır bağlayan boynu var,
Gülməlisən, gülməlisən, a dostum.
Arif olan tez anlayar mətləbi,
Şairlərin var ihamı, var təbi.
Böyük dərsdi ata-ana məktəbi
Görməlisən, görməlisən, a dostum.
Məhərrəmin hər sözünü sayan var,
O sözlərdə şəffaflıq var, əyan var.
Quranda da yol göstərən bəyan var,
Dönməlisən, dönməlisən, a dostum.
Dostları ilə paylaş: |