Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə56/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   52   53   54   55   56   57   58   59   ...   151
    Bu səhifədəki naviqasiya:
  • SƏNİN

MƏNİM

Cəfakeş bağbanam, əməyim çoxdu,

Ümidim bəhərdə, bardadı mənim.

Şükür yaradana, gözlərim toxdu,

Bir görün xəyalım hardadı mənim.
Zamanla səsləşmir hər yetən kişi,

Bəyənə də bilmir çərxi gərdişi.

Canımda yurd salıb şənlik vərdişi,

Meyilim telli sazla, tardadı mənim.


Köklənib dərdimə şəfa tapıram,

Ürək sevindirib, könül yapıram.

Məhərrəməm, muraz atım çapıram,

Sevincim can deyən yardadı mənim.



SƏNİN

Yaman danışırdın xalqın adından,

Nədir müəmması, susmağın sənin.

Seçilmirsən bir abırlı qadından,

Bircə çatışmayır yaşmağın sənin.
Görmürsənmi əzilən mən, əzən sən,

Bizə baxma, yuyun, qırxın, bəzən sən.

Təyyarədə ölkələri gəzənsən,

Yamandı bizlərdən qaçmağın sənin.


Xatırla söz verib dediklərini,

Aldadıb aşdığın gədiklərini.

Burnundan gələcək yediklərini,

Xoşa gələcəkdi qusmağın sənin.


Hər bir hay-harayın yal üçünüymüş,

Tərsinə səslənən val üçünüymüş.

Sərmayə, var-dövlət mal üçünüymüş,

Anladım quyruğnu qısmağın sənin.


Gözü kölgöylüsən, dili qısasan,

Şikəstlərin əllərində əsasan.

Öyrənibsən künc-bucaqda pusasan,

Qalıbdı özünü asmağın sənin.


Şadlıq sarayların çal-çağırdadı,

Ah-nalən yazıqla mən fağırdadı.

Dədinin dərmanı biz yağırdadı,

Məhərrəm, olarmı axmağın sənin.



SORAQLANIRAM
Hələ danılmayıb, yaddaşda qalıb,

Dərin məhəbbətlə soraqlanıram.

Ürəklə cəngini zillərdə çalıb,

Dəli Koroğlutək yaraqlanıram.


Hələ baş vururam dərin dəryaya,

Məni sayanları salıram saya.

Bənzərəm sənətdə günəşə, aya,

Sirli bir kitabtək varaqlanıram.


Əlini çiynimdən almayanım var,

Nəzər diqqətindən salmayanım var.

Məhərrəm deyibən dolmayanım var,

Şümşad barmaqlarla daraqlanıram.




OLSUN
Əsiri olaram əsilzadənin,

Onun da güvənci huş-kamal ola.

Şərəfinə deyilən bircə badənin,

Niyyət məqsədinə xoş amal ola.


Könül dost dediyin axtarıb, ara.

Sevdalı könlünü bənzət gülzara.

Hər an sitayiş et vəfalı yara,

Eşqi, məhəbbəti nur camal olsun.


Vədəsiz itirmə təravətini,

Ozünü, sözünü, hərarətini.

Tanrım bol eyləsin kəramətini,

Istərəm sevincdən çalhaçal olsun.


İnamla, hünərlə yaranar cürət,

Tanrı işlərinə olunar heyrət.

Özgənin qanıyla yığılan sərvət,

Öləndə sorğusu min sual olsun.


Məhərrəm, söz yazıb, sazdı çaldığın,

Ozanlardı ibrətli dərs aldığın.

Duyub dərk etdiyin, yada saldığın,

Görən deyəcəkmi, ay halal olsun.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin