Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə59/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   55   56   57   58   59   60   61   62   ...   151

BƏLİ

Zalımın zülmünü götürməz Allah,

Bir zaman sorular sorğusu, bəli.

Heç yerdə qalmayıb nə aman, nə ah,

Sıxar təqsirkarı qurğusu,bəli.

Ona şəkk eyləmək əbəsdi,əbəs,

Ucada dayanıb əlçatmaz O kəs.

Yalvarış,çağırış,ədalətli səs,

Hər kəsdə anılır duyğusu, bəli.
Məhərrəmin əzbəridi dilinin,

Arxasıdı,köməyidi elinin.

Səsindəki,sazındakı,telinin,

Anılar xəyalı, duyğusu,bəli.



QURUMSAQ
Tamahı güclüdür, gözü acdı,ac,

Nəfsiylə ümidlər qıran qurumsaq.

Sənə ümid olub, etdik başa tac,

Nur da səpələmir çıran, qurumsaq.


Baxışından hiss edirəm sözünü,

Qara gördüm qəlbin kimi üzünü.

Gizlədirsən aşkar olan düzünü,

Nədəndi xiffətdən yaran, qurumsaq?


Niyə səs vermirsən, haqqın səsinə,

Giribsən çaqqalın bəhsə bəhsinə.

Məhərrəmin nə durubsan qəsdinə,

De ondan artıqdı haran, qurumsaq.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin