Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə61/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   57   58   59   60   61   62   63   64   ...   151

SORUŞ

Gedər olsam bu dünyadan vədəsiz,

Məni mən eyləyən sazımdan soruş.

Keçinə bilmədim dərdsiz, zədəsiz,

Haqq deyə dediyim sözümdən soruş.

Ağıla, kamala, huşa baş əydim,

Səmada qartaltək quşa baş əydim.

Zəkaya, zəhmətə, başa baş əydim,

Qələmim yazdığı düzümdən soruş.
Məhərrəməm, yaddaşlarda qalanam,

Ürəklərə, beyinlərə dolanam.

Ruhum ilə sizlə qoşa olanam,

Məni yadlardan yox, özümdən soruş.



KİMİYDİ
Könülsüz-könülsüz verdiyin salam,

Külləri sovrulmuş ocaq kimiydi.

Ünsiyyət sayılır bu haqqı-kəlam,

Ayağın yamanca qaçaq kimiydi.


Çox sual eylədim özüm-özümə,

İnana bilmədim doğma gözümə.

Əhsən lələşində səbrə dözümə,

Atmacan sancılan bıçaq kimiydi.


Məhərrəməm, səni anlayammadım,

Əhvalın soruşub, yanlayammadım.

Köhnə dostum kimi danlayammadım,

Fikrin səmalarda uçaq kimiydi.



SAZ
Türkün min illərlə qan yaddaşıdı,

O vaxtdan bu vaxta yadigardı saz.

Xalqımın sevinci, can sirdaşıdı,

Ürəkdə gül açan növbahardı saz.

Bağlı bir boğçadı,açılmaz sirdi,

Ocaqdı, alovdu, səcdəgah, pirdi.

Ona baş endirən ər oğlu ərdi,

Onu dərk edənə xiridardı saz.


Dədələr köksündən yerə enmədi,

Gədələr köksünə mindi,dinmədi.

Danışdı, kükrədi,amma sinmədi,

Dədə ozanlarla bəxtiyardı saz.


Çağlayır,sellənir qəlblərə axır,

Eşqi avazıyla yandırıb yaxır.

Hərdən ərş üzündə şimşəktək çaxır,

Sərrafla danışan dilavardı saz.


Bir tanrı payıydı aldım kamımı,

Mən ondan almışam öz ilhamımı.

Baldan dadlı bildim ağız dadımı,

Hakim ürəyimə ixtiyardı saz.



НАНЯЪИБ
Сцрцня-сцрцня дцшцб айаьа,

Сцртцнцб яйляшиб тахта наняъиб.

Юзцндян бюйцйя сюйляйиб гаьа,

Шцкр едир талейя, бахта наняъиб.


Мал, дювлят щяриси, пулдур амалы,

Онунчцн артыбды ъащи-ъялалы.

Кор гара гяпийя дяймяз камалы,

Мянлийи, варлыьы сахта наняъиб.


Мящяррям мярдляря арха, щяйанды,

Щаггын дярэащында ичибди анды.

Ямялим айдынды,sözüm яйанды,

Сяни гойар бярк айагда наняъиб.

СЕЧДИРМЯЙЯСЯН
Юзэяни тягсирли, эцнащкар билиб,

Кющня йарамызы дешдирмяйясян.

Тяняли сюзцнля баьрымы дялиб,

Кюз басыб йерини ешдирмяйясян.


Олмушдун дар эцндя эюндялян эедян,

Мярди намярдляря гурбанлыг едян.

Сяндян дя бетярмиш доьмаъа дядян,

Йаландан анд-аман ичдирмяйясян.


Мящяррям мяънунтяк дцшцб чюлляря,

Сяс салыб, щарайы чыхыб зилляря.

Щалалы тапшырыб яйри ялляря,

Эядайа-эцдайа сечдирмяйясян.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin