Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə90/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   86   87   88   89   90   91   92   93   ...   151

APARMAYIB

Köçəndə dünyadan bir insan oğlu,

Lüt gedib, dünyadan var aparmayıb.

Firon, Şəddad, Nəmrud ilə Koroğlu,

İtirib gücünü, zor aparmayıb.
Dövlət başçısınnan geniş tanınar,

İnsan əməliylə hər an anılar.

Çoxu bəd işiylə eldə yanınar,

Yaxşılar yamanlıq, çor aparmayıb.


Yaradan,yaşadan ölməzdi-ölməz,

Aşıq Məhərrəmtək sözündən dönməz.

Kinlilər görmüşəm mən qaradinməz,

Qəlbini görməyə kor aparmayıb.


İNCİMƏ
Dədəsini, babasını anmazdan,

İnciməynən, dəli könül, incimə.

Oda düşənlərdən, qeydə qalmazdan,

İnciməynən, dəli könül, incimə.


Qismət verib güvəndiyin ərənlər,

Qoy var olsun sevinc dolu gülənlər.

Gedəcəkdir bu dünyaya gələnlər,

İnciməynən, dəli könül, incimə.


Bu dünyanı sevib seçmək gərəkdi,

Yaxşıları yaşadan da ürəkdi.

Məhərrəmin qınadığı fələkdi,

İnciməynən, dəli könül, incimə.



GÖRMÜŞƏM
Mülayim üzlünü, şirin sözlünü,

Hər yetənə yarınmağnı görmüşəm.

Daxili iblisi, min bir üzlünü,

Böyüklərə sırındığnı görmüşəm.


Məhv eləyib kim gəlməsə xoşuna,

Qılıncını fırlatmayıb boşuna.

Zəhər qatıb qeyrətlilər aşına,

Quduz sayaq darındığnı görmüşəm.


Söz vedim ki, aldanmayım dilinə,

Məhərrəməm, uymam fitnə-felinə.

Çalış vermə ətəyini əlinə,

Özü üçün sarındığnı görmüşəm.


VAR
Saz götürüb min cür hoqqa çıxaran,

Adını ad içrə sana çəkən var,

Mütrüblük eyləyib həşr qoparan

Sənətin başına turplar əkən var


Dəli könül, dövlət vara qul olma,

Hər ulaq misala qara cul olma

Eşqsiz ilhamlara işlək yol olma,

Saza kol dibinə əski bükən var.


Arifdən, alimdən bəhrələnməmiş,

Yonulub sənətdə dəhrələnməmiş

Kamil ustadların bəhrələnməmiş,

Düzün düzlərində dizə çökən var.


Aşıq yox, aşıqlıq edənlər artıb,

Özünü noxtalı quluntək dartıb.

Beş-altı havaya söykənib yatıb

Sanıram arada qara tikan var.


Ustadın əməyi ölməzdir, ölməz

Haqqı car eyləyən sözündən dönməz

Məhərrəm coşanda alovu sönməz.

Bir ulu tanrıdan ona təkan var.



DƏDƏ DE
Dədəsi, babası gəda olana,

Dəli könül, gəda söylə, gəda de.

İnsan görkəmində beli palana,

Haqqı görməz didə söylə, didə de.


Boşboğaz son qoymaz kiriməyinə,

Alovu başları bürüməyinə,

Ölüb üzü sulu çürüməyinə,

Vaxtı andır, vədə söylə, vida de.


Qocalıb tək-tənha qalan zamanı,

Dolub min fikirə dolan zamanı,

Ayrılıq havası çalan zamanı,

Məhərrəmmə dədə söylə, dədə de.



TƏPİKLƏYƏRLƏR
Düz danışma, kəs səsini, lal dayan,

Yoxsa yerə yıxıb təpikləyərlər,

O bədbəxt kasıbı de kimdi sayan

Arxanca əl çalıb, çəpikləyərlər.


Görünəni danışanı əyirlər,

Alçaldırlar, xatirinə dəyirlər.

Adına da qanmaz, nadan deyirlər,

Sonra da cibini qəpikləyirlər.


Dünyanın çoxunu, azını anla.

Gedib yadellinin cazını anla,

Arada cökənin pazını anla,

Üstəlik yaxşıca kötəkləyərlər.


Boyun əyənlərin sayı nə çoxdu.

Kim ki əyməyibdi, qisməti yoxdur

Məhərrəm əzəldən gözlərin toxdu,

Yoxsa xəlbirlərdə ələkləyərlər




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin