ÇIXMIR
Nədən unudulub Göyçə,Zəngəzur,
Niyə hay-haraylı səsimiz çıxmır?
Dostun xəyanəti bizləri əzir,
Bizim də onlara qəsimiz çıxmır.
Nə tez olduq haqq sözündən dönəsi,
Söndü indi yananların sinəsi.
Sayılırıq özümüzün kələsi,
Gedib özgələrlə bəsimiz çıxmır.
Bizə təl gələnlə qucaqlaşırıq,
Yurdu yad-yaltaqdan soraqlaşırıq.
Sonradan ayılıb qoçaqlaşırıq,
Yadlara yaxşıyıq,pisimiz çıxmır.
Əriyirik dərdi-qəmin içində,
Yanılırıq seçkinləri seçimdə.
Yalan donun dairəsi var biçimdə,
Biz qartal olsaq da dəsimiz çıxmır.
Təbriz,Qarabağla çəkilib sərhəd,
Nə vaxtdan özgənin sayılır Dərbənd.
Nə qədər aldadar bizləri bu zənd,
Yanıb qorsalanan hisimiz çıxmır.
Dünya anlayıban, duyanlarındı,
Yaşayan, daxildən yananlarındı.
Sayğı, Məhərrəmi sayanlarındı,
Gözəl bəstəkarıq,bəstəmiz çıxmır.
Dostları ilə paylaş: |