QADASI
Gözüm, könlüm bu dünyada,
Toxdu, qadasın aldığım.
Sənin kimi yada salan,
Çoxdu, qadasın aldığım.
Haqq işi var vərdişimdə,
Nöqsan yoxdu gərdişimdə.
Tanınıram mərd işimdə,
Haxdı, qadasın aldığım.
Ay Məhərrəm, ucalt səsi,
Sinəndə ozan kəlməsi.
Səndə bircə yad nəfəsi,
Yoxdu,qadasın aldığım.
Bu qoca fani dünyada,
Mən də bir az yaşayıram.
Keçənləri salıb yada,
Xoş bir avaz yaşayıram.
Sazım, sözümlə ölməzəm,
Əqidəmdən dönməzəm.
Sənətdə bir inci, düzəm,
Könlü bəyaz yaşayıram.
Məhərrəməm, qəlbi nuram,
Yaxşılarla xoşdu aram.
Sənətimdə, sənətkaram,
Sinəmdə saz yaşayıram.
SƏNİN
(Ad günü üçün,dostumun övladına)
Bu gün sənin ad günündü,
Toyunu da görüm sənin.
Yönün tərəqqi yönüdü,
Payını da görüm sənin.
Böyüyəsən, yar seçəsən,
Eşqinizə and içəsən.
Uğurlu yollar keçəsən,
Tayını da görüm sənin.
Nə xoşbəxtdi ata-anan,
Can söyləyir qəlbən yanan.
Məclisdə məğrur dayanan,
Dayını da görək sənin.
Təşrif gətirib qonşular,
Tanrı olsun onlara yar.
Əmiylə bibi dilavar,
Oynunu da görək sənin.
Görmürəm kimsədə qəmi,
Sevinci yaşayır cəmi.
Gəlibdi təbimin dəbi,
Hayını da görək sənin.
Badə vuraq, sağlıq deyək,
Lülə,tikə, çolpa yeyək.
Qoy bol olsun halal çörək,
Çayını da görək sənin.
Qoy Məhərrəm deyib, dinsin,
Coşuban beyni isinsin.
Əsil, nəsili bilinsin,
Yayın da görək sənin.
Dostları ilə paylaş: |