SAYILIR
(Biganə övladlara)
Atalar görmüşəm yeddi oğlundan,
Öləndə övladsız, sonsuz sayılır.
Zirvələr fəth edən zəka, ağlından,
Həm yiyəsiz,həm həyansız sayılır.
Nankordu övladı, olunmursa yad,
O ruhu inciyi eyləmirsə şad.
Tanıyan dad çəkər, ucaldar fəryad,
Biganə diriykən cansız sayılır.
Sənət Koroğlusu intizardadı,
Övladdan, uşaqdan ahuzardadı.
Atanın ruhu deyin, hardadı,
Övladı allahsız, dinsiz sayılır.
Məhərrəm ağlayıb, axıdıbdı yaş,
Kənara çəkilib dar gündə sirdaş.
Qoy qeyrətə gəlsin nankor,sallabaş,
Övlad dədəsinə qansız sayılır.
Dostları ilə paylaş: |