Məhərrəmin yeni şeirləri


QALDI (1988-ci ildə erməni təcavüzundan



Yüklə 3,87 Mb.
səhifə86/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   82   83   84   85   86   87   88   89   ...   151
QALDI

(1988-ci ildə erməni təcavüzundan

qaçqın düşən Göyçəli soydaşlarımıza)
Aman Allah obamızın evinin,

Kilidi paslandı, cəftəsi qaldı.

Necə deyim ağlamayın, sevinin,

Arzunun, murazın xəstəsi qaldı.


Burnumdan getməyir qoxusu gülün,

Çiçəkli yamacın, ceyranlı çölün.

Yığışın, ay ellər, bu qəmi bölün,

Şeirimin, sazımın bəsdəsi qaldı.


Əllərdən alıblar dağı, ormanı,

Yadlardan kim umur ölüm fərmanı.

Axı bizlərdədi dərdin dərmanı,

Ruhu şad dədələr dəstəsi qaldı.


Dözəmmərik dedik, dözümlü olduq,

Yadlar hiyləsinə alışıb yandıq.

Kim bizi saxladı, biz necə qaldıq,

Nənənin , babanın gəl səsi qaldı.


Hər qarış torpağı tarixi yaddaş,

İndi sahibidir can deyən “qardaş”.

Sızlayıb bu qədər keçirmə təlaş,

Aşığın toylarda siftəsi qaldı.


Necə urcah olduq ahu-fəryada,

Qərq oldu gəmimiz batdıq dəryada.

İsti ocağımız qalıbdı yada,

Ozanın “xilas et” kəlməsi qaldı.

Ordadır əcdadın tarixi, izi,

Səsləyir ruhları çağırır bizi.

Neçə qəhrəmanın qatlanıb dizi,

Neçə nənələrin ilməsi qaldı.


Güman yeri ağılımdı, qolumdu,

Təsginliyim haqqa gedən yolumdu.

Məhərrəməm, güvənc sağla solumdu,

Sözümün hər kəsin bilməsi qaldı.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin