Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə89/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   85   86   87   88   89   90   91   92   ...   151

YAZDI

Yaxşı axtarırdım qoca dünyada,

Taleyimi yazan yamana yazdı.

Bəxtim bəd gətirdi, saldı fəryada,

Zilləti sərt olan zamana yazdı.
Pay düşmədi yaxınımdan, yoldaşdan,

Həzz almadım sirri yayan sirdaşdan.

Bezikdim gözümdə tökülən yaşdan,

Ümid, istəyimi gümana yazdı.

Məhərrəm at çapdı söz meydanında,

Fərəh duydu şöhrətində şanında.

Saz onu yaşatdı hər bir anında,

Üstəlik meylini canana yazdı.



BİLGİNƏN

Sevənlərin ürəyinə sellənib,

Şəlalətək axmağımı bilginən.

El içində adı-sanı bəllənib,

Simşək kimi çaxmağımı bilginən.
Sevimli oğluyam ata-ananın,

Adına hopmuşam Azərbaycanın.

Toyunu diləyən hər bir cavanın,

Xeyir işlərə baxmağımı bilginən.


Gec qananı öyrədirəm qanmağı,

Sazı, sözü dərk etməyi, anmağı.

Məhərrəmi bir sənətkar sanmağı,

Günəş olub çıxmağımı bilginən.



LƏNGƏRDƏ
Haqq işimlə məni əymək asan döy,

Bir tərpənməz sal qayayam ləngərdə.

Günahsızı az lənətlə, az da söy,

Təlatümdə gur dəryayam ləngərdə.


Şükür düzü düz də görən gözüm var,

Taqətim var, halətim var, dözüm var.

Üstadım var, saz-sözüm var, özüm var,

Nur işıqlı bir ziyayam ləngərdə.


Qatmagınan boş işlərlə başımı,

Çatmagınan düyünlənmiş qaşımı.

Məhərrəməm, soruşmaynan yaşımı,

Duyanlara bir dünyayam ləngərdə.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin