Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə93/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   89   90   91   92   93   94   95   96   ...   151

SAZIMLA

Nurlu gözlərimlə,odlu sözümlə,

Zülmət gecələri açdım sazımla.

Mənalı, qəlb açan,doğru-düzümlə,

Ədalət dalınca qaçdım sazımla.
Duyan ürəyimi şamtək əritdim,

Həqiqəti şüar edib yeritdim.

Ağlayanı güldürərək kiritdim,

Qəlblərə nur işıq saçdım sazımla.


Məhərrəmi hər məclisdə duyublar,

Gövhər sayaq kəlmələrə uyublar.

Heç demərəm bal səsimdən doyublar,

Keçilməz yolları keçdim sazımla.



KOR OLUR NƏDƏN

Dostunam deyənim,can söyləyənim,

Gözləri bizlərə kor olur, nədən.

Yadlara əl tutub, əl eyləyənim,

Can adlı kəlməmiz çor olur, nədən.
Dara düşsə, bizi sorub arayır,

Xoş günündə özgələrə yarayır.

Ciblərindən qəpiyi də darayır,

Kimsəni diləmir, kar olur, nədən.


Məhərrəm, hər kəsin çatar vədəsi,

Kəsilər gurlayan, titrəyən səsi.

Belə olur dədəsinin gədəsi,

Sonda sinəsində qor olur, nədən.



DOSTUM
Üzündən, gözündən kədər süzülür,

Bələyi od tutan zavallı dostum.

Halını duyduqca qəlbim üzülür,

Dostlarım içində sanballı dostum.


Mənim də dərdim var, dəvədən böyük,

Kim deməz kədərdə, qəmdə bir deylik.

Düşünən döyüksə söylə, de nəyik,

Dərin düşüncəli kamallı dostum.


San çürüdüb, oxumuşuq yazmışıq,

Elm öyrənib, can çürüdüb durmuşuq.

Alimlərdən qızınmışıq, qızmışıq,

Qəlbi simasıtək camallı dostum.


Dar günlərin tamamına az qalıb,

Bəxtimizə dil-dil ötən saz qalıb.

Gözəl qızdan gözümüzdə naz qalıb,

A yüksək arzulu, amallı dostum.


Məhərrəm, var olsun dostun köhnəsi,

Süfrəsi, çanağı, tabaq, təhnəsi.

İnsan aktyordu, dünya səhnəsi,

Zəkalı, zəhmətli, ziyalı dostum.



GÖZƏL
Gözlərinə gözüm tuşlanan gündən,

Canıma atəşi salmısan, gözəl.

Məni çıxarırsan imandan,dindən,

Qəlbimi qəlbinlə almısan, gözəl.


Heyran-heyran camalına baxıram,

Eşqin ilə şimşək kimi çaxıram.

Suya dönüb yanağına axıram,

Sinəndə saz kimi çalmısan, gözəl.


Nə günə salmısan mən binəvanı,

Məhərrəm neyləsin, tökülür qanı.

Sən o çox sevdiyin dayının canı,

Çıxgınan, əlbimdə qalmısan gözəl.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin