Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə97/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   93   94   95   96   97   98   99   100   ...   151

BİLƏR

Yar deyib ağlayan binəva Kərəm,

Kim səni əslisiz kiridə bilər.

Sofisiz dərdini bilə, bilmərəm,

Ərzurum dağından yeridə bilər.
Elə naləlisən qərib, yad eldə,

Qərq oldum tufanda, dumanda, seldə.

Yanğın da yandırdı, od qaldı dildə,

Ahın o dağları əridə bilər.


Yar yolunda fəda etdin canını,

Halal etdin car etdiyin qanını.

Məhərrəm anlayır hər bir anını,

Ağıllı fikrini yeridə bilər.




KƏSMƏSİN

Ey tanrım, qadirsən, özün kömək ol,

Qoy sağ əlim, sol əlimi kəsməsin.

Mərhəmətin çoxdu səbr ver bol, bol,

Öz dişlərim, öz dilimi kəsməsin.
Aralıqda qanqal, tikan bitməsin,

Mərd insanlar vaxtsız ölüb itməsin.

Namərdin əlləri bizə yetməsin,

Zilə nə var, pəs zilimi kəsməsin.


Sazdı ,sözdü son pənahım,sərvətim,

Pozulmasın xalq içində hörmətim.

Məhərrəməm, üz ağartsın zəhmətim,

Naşı bərbər ağ telimi kəsməsin.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin