DEYİLMƏYƏCƏM
Alçağa,yaltağa əyilənlərə,
Kəssələr ətimi əyilməyəcəm.
Namərd əməliylə öyülənlərə,
Qapaz altı olub döyülməyəcəm.
Mənalı yaşadım əlli yaşımı,
Saz-sənət sanmışam can sirdaşımı.
Məyus olmasınlar, dost qardaşımı
Boşuna öyərək öyülməyəcəm.
Hələ zirvədəyəm təbimə görə,
Dərdimə əlaclı həbimə görə.
Koroğluya görə,Nəbimə görə,
Heç vədə,heç vədə söyülməyəcəm.
Dədələr görmüşəm,dədələşibdi,
Kişilər görmüşəm ,gədələşibdi.
Məhərrəm haqq ilə vədələşibdi,
Haqsız,ədalətsiz deyilməyəcəm.
QARIŞAMMIRAM
Sazı oyuncağa döndərənlərə,
Barışa bilmirəm, barışammıram.
Dolu qazanları endirənlərə
Qarışa bilımirəm, qarışammıram.
Milli simasını itirənlərə,
Lənəti, ləkəni götürənlərlə
Özünü ayağa gətirənlərə
Duruşa bilmirəm, duruşammıram.
Sifətində abır-həya olmazla,
Yada düşənləri yada salmazla,
Məhərrəməm, düz çəkidə qalmazla
Yarışa bilmirəm, yarışammıram.
Dostları ilə paylaş: |