İNŞALLAH
Səxalı, varlıyam sözdə, sənətdə,
Neçə kitab dərcləyəcəm inşallah,
Yaradıram yaşadıram yanıram,
Göhvərimi xərcləyəcəm inşallah.
Söz vermişəm şah əsərlər yaradım,
Telli sazın tellərini yaradım,
Yatmış duyğuları, hissi oyadım,
Qələbəmi xərcləyəcəm inşallah.
Mənim eşqim həm güvəncim, sazımdır,
Bu xalqıma göhvə,r zərim lazımdır,
Məhərrəməm, yadigarım lazımdır,
Hafizəmi gücləyəcəm inşallah.
SÖYLƏYİRSƏN
Sənin də qəribə xasiyyətin var:
Kara dinlə,kora gör söyləyirsən.
Bilirəm ürəkdə çox niyyətin var:
Gəl sınıq könlümü hör söyləyirsən.
Sən ki hər əl altda sığallanmadın,
Cığala qoşulub,cığallanmadın.
Ağılsıza baxıb, ağıllanmadın,
Sinənə alovlu qor söyləyirsən.
Məhərrəməm,iblis,ilana uyma,
Sayılmazı,anılmazı sən duyma.
Tanrı, dostlarımı damənda qoyma,
Əlacı olmaza zor söyləyirsən.
Dostları ilə paylaş: |