ADAMSAN
Bu yalanın,iftiranın üstündə,
Nə ağzına döyüləsi adamsan.
Dayanıbsan neçəsinin qəsdində,
Namərd kimi öyüləsi adamsan.
O dünya,bu dünya üzü qarasan,
Sinələrdə bir sağalmaz yarasan.
Bu gedişlə yollanırsan gora sən,
Sıx məzara qoyulası adamsan.
Məhərrəm də sözü desin örtülü,
Bülöv üzün sürtülüdü,sürtülü.
Dağıdıbsan aralıqda hər tülü,
Xatirinə dəyiləsi adamsan.
HƏLƏ
Zaman dəyişibdi, biz elə bizik,
Qnun qaydasına süzürük hələ.
Nə olsun yorulmaz, təpərli dizik,
Təmkinlə,səbrlə dözürük hələ.
Düzü düz demirik biz görə-görə,
Üzə üz demirik üz görə-görə.
Yüzə yüz demirik yüz görə-görə.
Əlləri ətəkdən üzürük hələ.
Özgəni demirəm, bizik zavallı,
Dərdlə inləyirik tarlı,qavallı.
Elə sayılırıq ağıl-kamallı,
Qol açıb oynayıb,süzürük hələ.
Ozan dədə, aqil həm də mərd olur,
Məhərrəmə mərd ölümü dərd olur.
Yamanların yaman işi gərd olur,
Yaxşını yad yerdə gəzirik hələ.
VAR
Başımı nəsihətlə doldurub atam,
Aşikar olunan duyğularım var.
İstərəm əl tutam,savaba batam,
Məzmunlu, mənalı sorğularım
O tanrım qocadı, canım cavandı,
Axtarıb bəyəndim düzü, avandı.
İnamlı insanlar içdirib andı,
Danəndə əhlinə sayğılarım var.
Qismətsə, boşalan yenə dolacaq,
Di gəl ki,açılan bir gün solacaq.
Məhərrəm sazını zildə çalacaq,
Bu xalqa xoş duyğu, qayğılarım var.
BU AŞIQ
Özü gözəl, sözü şirin, səsi zil,
Aşıqların dildarıdı bu aşıq.
Bülbülün eşqiylə olub tuti-dil,
Bağın ilkin nübarıdı bu aşıq.
Süzülüb ürəkdən ürəyə axır,
Odlu nəfəsiylə şimşəktək çaxır.
Hər telin naləsi qəlbimi yaxır,
Ozanlığın ilqarıdı bu aşıq.
Sevir, Qorqud,Qurbaniylə Hüseyni,
Ələsgər, Nəcəfdə açılır eyni.
Bayramov Mirzəylə bənzəyir eyni,
Əzəmətdi, bir vüqardı bu aşıq.
Məhərrəm yenə də coşub-çağlayır,
Əsədlə, İmranı yadda saxlayır.
Azaflının həsrətinə ağlayır,
Sənətkartək çox karlıdı bu aşıq.
Dostları ilə paylaş: |